Mojo.az Banner
16:43 “AS Group”a aid olan “4You” MTK Bakıda yaşıllıqları məhv etdi - Materiallar prokurorluğa göndərildi  |     16:38 Xamenei ilə vida mərasimində 100 ölkədən nümayəndə iştirak edəcək  |     16:32 108 ildir insanların və gələcəyin keşiyində - VİDEO  |     16:25 Türkiyə sahillərində güclü zəlzələ oldu  |     16:20 Bakı Olimpiya Stadionu ABŞ bayrağının rəngləri ilə işıqlandırılıb  |     16:12 Qatarla Ağstafa istiqamətində gedəcək sərnişinlərə ŞAD XƏBƏR  |     16:07 Bakıda 10 marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirildi  |     15:52 Paytaxtın dörd rayonunda su olmayacaq  |     15:49 Müəllimlərdən etiraz: "İndi dərs saatımız 8 manat 30 qəpikdən hesablanacaq" - Video  |     15:17 Türkiyənin məşhur komediya ustası saxlanılıb  |     15:14 Paşinyan Azərbaycan və Türkiyə ilə enerji sahəsində əlaqələrin genişləndirilməsinin vacibliyindən danışdı  |     15:07 Qəbul imtahanının 2-ci cəhdində iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!  |     15:04 Qızıl almaq istəyənlərin NƏZƏRİNƏ - Video  |     14:59 Məhərrəmlikdə toy etmək olarmı? – İlahiyyatçı  |     14:46 Ermənistanda 44 günlük müharibədə iştirak edən zabit həbs olunub  |     13:43 Bakıda ata Daun sindromlu qızına xəsarət yetirdi  |     12:47 Arzum məhkəmə zalında həbs edildi - 5 il 2 ay cəza kəsildi (FOTO)  |     12:41 "Brent" neftinin qiyməti 71 dollardan aşağı düşüb  |     12:17 Faciəli şəkildə həlak olan DSX hərbçisinin FOTOSU  |     12:15 Gəncədə xəstəxanada həyatını itirən azyaşlının ölüm SƏBƏBİ AÇIQLANDI (Yenilənib)  |    
Left Banner
Right Banner

Rəsmi Bakıdan Mnatsakanyana sərt reaksiya

13.05.2019 13:15 1 454
Rəsmi Bakıdan Mnatsakanyana sərt reaksiya
“Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyanın yerli tert.am portalına verdiyi müsahibəsindən aydın olur ki, onun başlıca hədəfi erməni ictimaiyyətidir. Müsahibədə uzun-uzadı demokratik tendensiyalardan danışan xarici işlər naziri görünür ki, Ermənistanın təcavüzkar və işğalçı siyasətini məhz “demokratiya” pərdəsi ilə ört-basdır etmək istəyir”.

Median.Az
xəbər verir ki, bunu “Report”a açıqlamasında XİN mətbuat katibi Leyla Abdullayeva deyib.

“Azərbaycanın ərazilərinin işğal edən, bu ərazilərdə yerli azərbaycanlıların etnik təmizləməsini həyata keçirən, beynəlxalq hüququn norma və prinsiplərini tapdalayaraq, BMT Nizamnaməsini və ATƏT-in Helsinki Yekun Aktını, BMT Təhlükəsizlik Şurasının qətnamələrini rədd edən Ermənistan rəsmisinin “demokratik sistem və qaydalardan” bəhs etməsi gülünc olduğu qədər saxtadır.

Z.Mnatsakanyanın münaqişənin həlli ilə bağlı söylədikləri, Ermənistanın onilllərdir davam edən təcavüz və işğal siyasətinə son qoymaq, beynəlxalq hüququn prinsiplərinə, ilk növbədə isə dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə hörmət nümayiş etdirərək normal qonşuluq münasibətləri qurmaq niyyətindən uzaq olduğunu göstərir.

Əgər Ermənistan xarici işlər naziri həqiqi demokratiya quruculuğu, xalqının rifahı və bölgənin təhlükəsizliyi və tərəqqisində maraqlıdırsa, o zaman Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal edilmiş ərazilərindən dərhal çıxarılmalı və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə qayıtmasına əngəl törədilməməlidir. Yalnız bundan sonra ümumbəşəri dəyərlərdən, demokratiyadan və insan həyatına verilən önəmdən danışmaq olar”, - XİN rəsmisi vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner