Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |     21:07 Texnologiya müəllimi əri tərəfindən qətlə yetirildi - Pərvanənin qatilinə hökm oxundu  |     21:06 Mehriban Əliyeva "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə bağlı paylaşım edib - Video  |     20:55 Putin: "Azərbaycan Rusiya üçün etibarlı tərəfdaşdır"  |     20:54 Kukla teatrının əməkdaşı direktorun şikayəti üzrə təqsirləndirilən şəxs olub  |     20:50 Ramiz Mehdiyevə hökm oxundu: 14 il  |    
Mojo.az Avto
Mojo.az Avto

Qadınlara qarşı aqresiyanı, seksual təcavüzü, şiddət və zorakılığı əks etdirən qısametrajlı film çəkilib – VİDEO

11.10.2019 20:50 1 707
Qadınlara qarşı aqresiyanı, seksual təcavüzü, şiddət və zorakılığı əks etdirən qısametrajlı film çəkilib – VİDEO
Son zamanlar Azərbaycanda sanki qadınlara qarşı soyqırıma start verilib. Xüsusilə də son günlərdə qadınlara qarşı vəhşicəsinə törədilən cinayətlərin və zorakılıqların sayı artıb. Bu hadisələrin bir çoxu ər tərəfindən törədilsə də, bəzi hadisələr qayınata, qayınana və yaxın qohumların iştirakı ilə baş verir.

Müxtəlif təşkilatlar, dövlət qurumları tərəfindən maarifləndirmə layihələri həyata keçirilsə də qadınlara qarşı zorakılıq halları, xüsusən də amansızlıqla törədilən cinayətlərə mətbuatda hər gün rast gəlirik.

Zərif və zəif cinsin qurban olduğu bu amansız cinayətlər ictimaiyyətdə ciddi narahatlığa səbəb olub. Sosial mediada #QadınaŞiddətəSon həştəqi ilə birləşən insanlar öz etirazlarını ifadə ediblər. Ziyalı təbəqə cinayətlərin qarşısının alınması üçün maarifləndirməyə ehtiyac olduğunu, problemlərin həllinin zorakılıqla mümkün olmadığını qeyd ediblər. Bundan başqa, hüquq müdafiə təşkilatlarına da insanlara hüquqi dəstək vermələri üçün çağırışlar edilib.

“Videozavr prodakşn” məsələnin ciddiliyini nəzərə alıb Azərbaycanda qadınlara qarşı aqresiyanı, seksual təcavüzü, şiddət və zorakılığı əks etdirən qısametrajlı film çəkməyə qərar verib.

“Maska 3” adlanan filmdə rolları Kənan Yusifov, İlkin Zülfü, Süleyman Süleymanzadə, Taleh Yüzbəyov, Sabir Samiroğlu, Sənurə Cəfərova, Kəmalə Mehdiyeva, Sevinc Bəxtiyar, Röya Nəbiyeva, Ayşən Süleymanova, Fuad İsgəndərov, Vüqar İbrahimli canlandırıb.

20 dəqiqəlik ekran işində Azərbaycan cəmiyyətində boşanmış qadına olan qeyri-adekvat münasibət çılpaqlığı ilə tamaşaçıya çatdırılır. Əminliklə deyə bilərik ki, Azərbaycanda hələ belə bir film çəkilməyib.

Filmdə boşanmış Azərbaycan qadının ümumiləşdirilmiş obrazının əks cins tərəfindən seksual obyekt kimi qəbul edildiyini, hər gün söz və jestlərlə seksual təcavüzə məruz qaldığını görürük. Gənc xanım sonadək namusunu qoruyub saxlamağı bacarsa da, adı ləkələnir və sonda onunla barışmaq məqsədilə geri dönən əri tərəfindən qəddarcasına qətlə yetirilir.

Filmin cəmiyyətə ötürmək istədiyi mesaj boşanmış qadına, ümumiyyətlə qadına olan münasibətin dəyişdirilməsinin zamanı gəldiyini çatdırmaqdır. Bu film “Namusumu təmizlədim” deyib, özlərinə haqq qazandıran qatillərə vicdan əzabı verəcək...
#QadınaŞiddətəSon

Son xəbərlər