Mojo.az Banner
19:51 Xalq artisti Tofiq Mirzəyev İsraildə vəfat etdi  |     19:43 Tarif Şurası bəzi dərmanların qiymətlərini müəyyənləşdirdi  |     19:37 Epşteynlə əlaqədə şübhəli bilinən model ölü tapıldı  |     19:30 Azərbaycanla Sudan arasında diplomatik pasport sahibləri vizadan qarşılıqlı azad edildi  |     19:24 Hüquqi şəxslərin biznes hesablarına kiberhücum edən şəxs saxlanıldı - Video  |     19:15 Temperatur 41 dərəcəyə yüksələcək - XƏBƏRDARLIQ  |     19:10 Oçoa karyerasını bitirdi  |     19:02 Qanunsuz çıxarılan 57 nəfər əvvəlki işinə bərpa edildi  |     18:57 Milli Qəhrəman Gültəkin Əsgərovanın bacısı vəfat etdi  |     18:49 Cinayətdə şübhəli bilinən 36 nəfər saxlanıldı  |     18:44 Ukrayna pilotsuz qayıqların istehsalına başlanılır  |     18:29 "Onu bu dəfə meydanda görəcəksiniz" - Qurban Qurbanov  |     18:19 Ronaldonun bacısının əri xoruz döyüşlərinin təşkilində şübhəli bilinir  |     18:11 Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya olunublar  |     18:04 Bakıda bəzi tibb işçilərinin maaşlarına əlavənin verilmə MÜDDƏTİ UZADILDI  |     17:58 Karapetyanın deputat toxunulmazlığı ləğv edildi  |     17:41 Dələduzluqda ittiham olunan şəxs Azərbaycana ekstradisiya edildi  |     17:07 Sosial müavinət və işə düzəltmək vədi ilə 45 min manatlıq dələduzluq  |     17:01 "Bibi Heybət"in imamının diplomu tanınmadı  |     17:00 Lənkəranda avtomobil yol kənarındakı satıcını vurub öldürdü  |    
Left Banner
Right Banner

Yatmış həyat yoldaşını qantellə öldürən şəxs həbs edildi - TƏFƏRRÜAT

11.10.2019 14:54 1 776
Yatmış həyat yoldaşını qantellə öldürən şəxs həbs edildi - TƏFƏRRÜAT
Həyat yoldaşını öldürməkdə təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan AZXEBER.COM-a daxil olan birgə məlumata görə, oktyabrın 9-da 1965-ci il təvəllüdlü İlham Əkbərovun Şəki Rayon Polis Şöbəsinə yaşadığı Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən mənzilində arvadı 1983-cü il təvəllüdlü Cavahir Əkbərovanı öldürməsi barədə verdiyi məlumat əsasında Nizami Rayon Prokurorluğu və Polis İdarəsinin əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər aparılıb.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib.

Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Əkbərovun qısqanclıq zəminində metaldan olan idman aləti (qantel) ilə yatmış vəziyyətdə olan arvadı C.Əkbərovanın başına vurmaqla qəsdən öldürməsinə şübhələr üçün əsaslar müəyyən edilib.

İ.Əkbərov təqsirləndirilən şəxs qismində cəlb edilərək Cinayət Məcəlləsinin qeyd olunan maddəsində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner