Mojo.az Banner
12:18 Tramp İranla əməkdaşlıq edən ölkələrə 25% rüsum tətbiq edəcək  |     12:17 Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlara başlanılıb  |     12:15 Vəziyyət sürətlə dəyişir: ABŞ öz vətəndaşlarını dərhal İranı tərk etməyə çağırdı  |     12:13 Azərbaycanda bu universitetdə yoxlamalar aparıldı (RƏSMİ)  |     11:59 Azərbaycanda hava şəraiti kəskin dəyişəcək - FHN-dən müraciət  |     11:57 Paytaxtda bir nəfərdən külli miqdarda narkotik vasitələr müsadirə edildi - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (Video)  |     11:52 İran rialının dəyəri sıfıra düşdü  |     11:51 Doğum gününü qeyd etdikdən beş gün sonra körpə faciəli şəkildə öldü  |     11:50 Azərbaycan nefti bahalaşıb  |     11:46 AAYDA-dan dağlıq ərazilərdə qar təhlükəsi barədə xəbərdarlıq: Sürücülər üçün həyati əhəmiyyətli tövsiyələr  |     11:44 Kuril adaları yaxınlığında güclü zəlzələ oldu  |     11:43 İcra başçısının nümayəndəliyi möhürü itirdi  |     11:41 Abşeronda zəncirvari QƏZA: Yaralananlar var  |     11:35 BDYPİ xəbərdarlıq edir: Dəyişən hava şəraiti qəzalara səbəb ola bilər  |     11:31 Biləsuvarda zəlzələ olub - FOTO  |     11:12 Şahbuz şəhərində üç saat işıq olmayacaq  |     23:01 İran rialı yeni antirekord qırdı  |     22:56 Azərbaycanda su sayğacları dəyişdiriləcək  |     22:48 Xabi Alonso istefaya göndərildi  |     22:41 “Evdə tək”in aktyoru xanıma etdiyi təklifə görə cərimələndi  |    
Left Banner
Right Banner

Lerikdə qətlə yetirilən üç uşaq anasının kimliyi AÇIQLANDI

29.04.2021 13:48 1 701
Lerikdə qətlə yetirilən üç uşaq anasının kimliyi AÇIQLANDI
Lerikdə boğazı kəsilərək qətlə yetirilən qadının kimliyi məlum olub.

Bununla bağlı Lerik rayon prokurorluğu məlumat yayıb.

Bildirilib ki, aprelin 28-də saat 16 radələrində Lerik rayonun Barzavu kəndində 1981-ci il təvəllüdlü Fərziyeva Zəkifə Feyruz qızına məxsus üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən hadisənin təfərrüatını və cinayəti törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək tutulub istintaqa cəlb edilməsi istiqamətində intensiv və zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, Z.Fərziyeva üç uşaq anası olub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır.скачать dle 11.3