Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Azyaşlılara siqaret satanlar 500-1000 manat cərimələnsin - TƏKLİF

11.10.2019 14:31 1 420
Azyaşlılara siqaret satanlar 500-1000 manat cərimələnsin - TƏKLİF
Rusiya Daxili İşlər Nazirliyi azyaşlı uşaqların tütün məmulatlarından istifadəsinin qarşısını almaq məqsədilə növbəti dəfə yeni addım atmaq qərarına gəlib. Belə ki, yeni təklifə görə siqaret çəkməyə başlayan uşaqların valideynləri iki min rubla qədər cərimələnə bilər.

Oxu.az-a danışan Milli Məclisin deputatı Araz Əlizadə hesab edir ki, ölkəmizdə qəbul olunan “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanundakı cərimələr artırılmalıdır:

“Bizim qəbul etdiyimiz qanun çox normaldır. Amma yeganə etirazım sulu qəlyanın tamamilə ləğv olunmasıdır.

Ümumiyyətlə, qanunun həyata keçirilməsi üçün ciddi şəkildə nəzarət olmalıdır. Qanun yaxşı olsa belə, ona riayət edilməməsi zamanı onun heç bir mənası yoxdur.

Fikrimcə, biz qanun qəbul edildiyi zaman çox yüksək cərimələr nəzərdə tutulmalı idi. Çünki məktəblərin yanında siqaretlər satılır, siqaretlərin reklamı gedir, restoranlarda siqaret çəkirlər.

Ona görə də iki min rubl bizim üçün heçnədir. Elə cərimələr olmalıdır ki, qiymətlər satıcılara, restoran sahiblərinə xeyir gətirməsin. Məsələn, məktəbin yanında satılan siqaretə görə satıcılara təxminən 500-1000 manat cərimə edilməlidir. O zaman o satıcının qəpiklərdən qazanması belə ağlına gəlməyəcək”.

Son xəbərlər