Mojo.az Banner
20:29 Zəngəzur Milli Parkında bəbir balalarının sayı artıb  |     20:22 Azərbaycanda bu qədər şəxsin pensiyası artacaq  |     20:17 “Bakı Metropoliteni”nə yeni səlahiyyət verildi  |     20:09 Süni intellekt şöbəsinin işçilərinin kompüteri yoxdur? - AMEA prezidentindən açıqlama (VİDEO)  |     20:04 “Elə məbləğ desinlər ki, dördotaqlı evdən çıxanda ikiotaqlı ala bilək” - Səbaildə narazılıq (VİDEO)  |     19:55 Şənbə günü Azərbaycanda güclü yağış yağacaq  |     19:50 Xanım məktəb direktoru nöqsanlara görə işdən çıxarıldı  |     19:42 Qaxda əməliyyat - İki nəfər həbs edildi  |     19:37 Zorakılıqdan zərər çəkmiş 46 nəfərə sosial reabilitasiya xidmətləri göstərilib  |     19:30 Bəzi apteklərdə dərmanlar niyə hissə-hissə satılmır? - VİDEO  |     19:24 Cinayətdə şübhəli bilinən 41 nəfər tutuldu  |     19:15 Bakının daha bir ərazisində genişmiqyaslı söküntü başlayır - VİDEO  |     19:10 Balina okeanda yaxtanı batırdı  |     19:03 Daha bir ölkə ölüm hökmünü bərpa edir - 33 il sonra  |     18:57 AQTA: Antisanitar vəziyyətdə daşınan çörəklərlə bağlı nəzarət tədbiri həyata keçirilib  |     18:54 “Olimp Hospital”da əməliyyat olunan 44 yaşlı kişi öldü  |     18:28 İdarə Heyətindən çıxarılanlar kimlərdi? - DOSYE  |     18:20 Canlı yayımda təhqirə yol verən daha bir tiktoker həbs olundu - Foto  |     17:59 Rəşad Daşdəmirov, Fərid Usubov və digərləri ev dustaqlığına buraxıldılar  |     17:57 Pensiya vədi ilə 13 min manatlıq dələduzluq  |    
Mojo.az Avto
Mojo.az Avto

Türkan Vəlizadə: Fatma xanımın ayaqlarını masaj edirəm - YENİLƏNİB

10.10.2019 23:31 9 040
Türkan Vəlizadə: Fatma xanımın ayaqlarını masaj edirəm - YENİLƏNİB
Ramal ilə birlikdə film izləyirdik. Fatma xanım isə elə düşündü ki, onun arxasınca hansısa gizli işlər çevirib, planlar qururuq. Amma bu qətiyyən belə deyil. Mən ona burada o qədər qayğı göstərirəm, hətta ayaqlarını masaj da edirəm. Bunu isə özümə qətiyyən ayıb bilmirəm.

Bu sözləri müğənni Türkan Vəlizadə dilə gətirib. Xalq artisti Fatma Mahmudova yenə də öz fikrində qalmağı hər şeydən üstün tutub.

Aktrisa digər iştirakçıların arxasınca ona qarşı plan qurduqlarını və oyundan kənarlaşdırmaq istədiklərini bildirib.

***

Bilirsiniz ki, iki dəfə əlimə şans düşüb. Gənclərə dəymərəm, onları çıxartmaram. Lazım gəlsə, özüm belə çıxaram.

Bu sözləri Xalq artisi Fatma Mahmudova söyləyib. Daha sonra mikrofon önünə keçən aktrisa Zümrüd Qasımova bu günkü oyunu belə qiymətləndirib:

"Fatma xanım təklif etdi ki, onun şəklini qutuya atım. Mən isə bunu etmədim. Çünki Fatma xanımın üçüncü dəfə səsverməyə çıxmasına yol verə bilməzdik. Ona görə Niyam Səlaminin şəklini atmağı qərara aldım. Niyamın hədəfi mən də ola bilərəm. Amma buna rəğmən tamaşaçılardan Niyama səs göndərmələrini istəyirəm".

Hazırda müğənni Niyam Səlaminin oyunda aqibəti həll olunur. O hədəfinin kimliyini açıqlamaqdan boyun qaçırdıb.

***

Şounun aparıcısı Xalq artisti Murad Dadaşov "Hədəfin kimdir?" sualı ilə müğənni Niyam Səlamiyə müraciət edib. O isə ona ünvanlanan sualı bu cür şərh edib:

"Oyunu necə başladılarsa, mən də elə davam etdirəcəyəm. İştirakçılar burada hədəfini açıqlamadıqları üçün mən də açıqlamıram".

M.Dadaşovun "bu gün şouda kim özünü hədəf görür" sualına Xalq artisti Fatma Mahmudovadan cavab gəlib:

"Hiss edirəm ki, hədəf mənəm. Mənim Niyamın sənətinə böyük hörmətim var. Təki mən onun əli ilə oyundan çıxım. Amma məni şouda görmək istəyən tamaşaçılarıma Niyamın "getməsinə" səs vermələrini rica edirəm".

Niyam isə Xalq artistinin bu iddialarının yanlış olduğunu və hədəfinin F.Mahmudova olmadığını dilə gətirib. Hazırda şouda Niyam Səlaminin aqibəti həll olunur. Onun şouda "qalması" və ya "getməsi" canlı efirin sonunda müəyyənləşəcək.


***

Azərbaycanın Xalq artisti Murad Dadaşovun aparıcısı olduğu "Maşın" realiti şousunun "Maskarad" adlı 18-ci sürətininin növbəti buraxılışı start götürüb.

Median.Az
-ın Baku.ws-ə istinadən məlumatına görə, bu dəfə iştirakçılar müğənni Niyam Salamini SMS səsverməsinə çıxarıblar.

O. hələlik hədəfinin adını açıqlamsa da, əsl maskarad göstərəcəyini bildirib.

Əvvəlcədən elə şərait yaransaydı açıqlayardım. Məndən qabaq necə ki, açıqlamadılar, mən də o taktikanı davam etdirəcəm", - deyə müğənni əlavə edib.

Aktrisa Fatma Mahmudova hədəf olduğunu açılayıb və Niyamın getməsinə səs istəyib. Amma Niyam Salami Fatma xanıma hörmətinin sonsuz olduğunu və hədəfinin o olmadığını bildiirb: "Özüm gedərəm, amma ana dediyim bir xanımı çıxarmaram".скачать dle 11.3
Mojo.az Banner