Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda polis həyatını riskə atıb iranlını xilas etdi

10.10.2019 19:40 1 616
Bakıda polis həyatını riskə atıb iranlını xilas etdi
Oktyabrın 9-da paytaxtın Nərimanov rayonunda İran vətəndaşının iştirakı ilə xoşagəlməz hadisə baş verib.

Median.Az xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsindən Oxu.Az-a verilən məlumata görə, “102” xidmətinə İran vətəndaşı S.Touloun tərəfindən zəng gəlib.

Kişi həyəcanla oğlu, 1998-ci il təvəllüdlü Seyidrzanın saat 19:20-də intihar etmək məqsədilə evi tərk etdiyini bildirib.

18-ci Polis Bölməsinin əməkdaşları xəbərdarlığa cəld reaksiya verərək, saat 22:00-da Əliəşrəf Əlizadə küçəsində 61 nömrəli, 17 mərtəbəli yaşayış binasının damından cavan oğlanı tapıblar.
Əməliyyatçılardan biri həyatı bahasına intiharın qarşısını alıb. Sahə müvəkkili İran vətəndaşını yüksəklikdən endirərkən özünü çətinliklə saxlayıb.

Polis S.Toulounun problemli gənc olduğunu bildirib. Bundan əvvəl onun adı bıçaqlanma hadisəsində hallanıb. Həmin hadisə ilə bağlı aparılan istintaq zamanı S.Touloun Azərbaycandan çıxmağa cəhd edib.

İstintaq davam edir.

Son xəbərlər