Mojo.az Banner
Son Xəbərlər
23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |     22:14 Xəzər dənizinin Azərbaycana aid hissəsində qaçaqmal aşkarlandı  |     22:09 Azad edilmiş ərazilərdə daha 256 mina aşkarlandı  |     22:01 Bu marşrut üzrə əlavə qatar reysləri təyin olundu  |     21:34 Moskvada "Qeyri-leqal-2026" əməliyyatı: 6000-dən çox miqrant Rusiyadan çıxarılacaq  |     21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda pilotsuz uçuş aparatlarının hərəkətinin idarə edilməsi mərkəzi yaradılır

09.10.2019 18:03 2 365
Bakıda pilotsuz uçuş aparatlarının hərəkətinin idarə edilməsi mərkəzi yaradılır
Azərbaycanın milli aviadaşıyıcısı və Çinin yüksək texnoloji “Ehang Intelligent Equipment” şirkəti Heydər Əliyev Beynəlxalq Aeroportunda mülki pilotsuz uçuş aparatlarının (dronların) idarəedilməsi üçün vahid mərkəzin yaradılması barədə müqavilə imzalayıblar.

Müqavilə oktyabrın 9-da Bakıda AZAL prezidenti Cahangir Əsgərov və “Ehang Intelligent Equipment” şirkətinin prezidenti Huazhi Hu tərəfindən imzalanıb.

“Pilotsuz nəqliyyat vasitələrinin istifadəsində müşahidə olunan aktiv artım ən çox diqqət cəlb edən qlobal tendensiyalardan biridir. Dronların geniş tətbiqi müasir dünyada mühüm rol oynayır. Bu baxımdan mülki aviasiya üçün PUA-lardan istifadənin təhlükəsizliyi əsas məsələdir”, – Cahangir Əsgərov bildirib.

Mərkəzin prioritet vəzifəsi dronların aerodromun ərazisinə icazəsiz daxil olmasının qarşısını almaqdır, çünki dronların nisbətən aşağı hündürlükdə uçması və hətta uçuş-enmə zolağının ərazisinə daxil ola bilməsi təhlükə yarada bilər.

Mülki təyyarələrin PUA-lar ilə toqquşmasının qarşısını almaq üçün ilk dəfə olaraq yeni mərkəz Azərbaycanın hava hərəkətinə nəzarət sistemi ilə birləşdiriləcək.

Mərkəz həmçinin aerodromların dizaynında və aeronaviqasiya xəritələrinin hazırlanması zamanı vacib olan 3D xəritəçəkmə və relyefin skan edilməsi funksiyalarına malikdir.

Komanda mərkəzinin veb əlavəsində lazım olduğu təqdirdə PUA-ların və onların pilotlarının qeydiyyatı, sertifikasiya sənədləri və uçuşların həyata keçirilməsinə icazə verilməsi barədə məlumatlar yer alacaq.

“Ehang” şirkəti eyni zamanda Azərbaycan Milli Aviasiya Akademiyasında yeni mütəxəssislərin hazırlanması və gələcəkdə xarici tələbələrin cəlb edilməsi ilə PUA-ların idarəedilməsi simulyator kompleksinin texniki bazasını təchiz etmək təşəbbüsü ilə çıxış edib.

“Azərbaycan Hava Yolları” QSC-nin nəzdindəki AZANS Hava Hərəkəti İdarəsinin Azərbaycanın hava məkanında uçuşların təhlükəsizliyini təmin edir. AZANS hər gün 500-dən çox təyyarəyə xidmət göstərir ki, bunlardan da 300-ü Azərbaycan üzərindən keçən tranzit reyslərin payına düşür.

“Ehang Intelligent Equipment” – pilotsuz uçuş aparatları üçün platforma işləyib hazırlayan aparıcı şirkətdir. Müxtəlif sektorlardan müştəriləri PUA-lar və kommersiya həlləri ilə təmin edir.скачать dle 11.3

Son xəbərlər