Mojo.az Banner
18:19 "Sabah"ın futbolçusu dünya çempionatına yollanır  |     17:34 Vətən Müharibəsi Qəhrəmanı yüksək vəzifəyə TƏYİN EDİLDİ  |     17:21 Prezidentdən soyuducu anbarlarla bağlı TAPŞIRIQ  |     17:18 İTV-nin yeni baş direktoru seçildi - FOTO  |     17:08 Meteohəssas insanların NƏZƏRİNƏ  |     16:12 Dələduzların YENİ ÜSULU: Vətəndaşların biometrik məlumatları necə ələ keçirilir? - XƏBƏRDARLIQ  |     15:59 Metro, avtobus, güzəştli paketlər: Azərbaycanda nə dəyişəcək?  |     15:32 Bakıdan Tiflisə getmək istəyənlər: Bu sənədlər də mütləq üstünüzdə olmalıdır  |     15:23 “Eurohome”un fəaliyyəti dayandırıldı - Video  |     15:21 Bakıda səhər saatlarında dəhşətli qətl: Ahıl ər-arvadın öldürülməsinin TƏFƏRRÜATI (Yenilənib)  |     14:35 "İdrak" liseyində müəllimini silahla vuran şagirdin İTTİHAMI AĞIRLAŞDIRILDI  |     14:25 Bölgələrə avtobusla səfər edənlərin NƏZƏRİNƏ  |     14:12 Azərbaycanda müğənni qəfil vəfat etdi - FOTO  |     13:20 Günəşdə aktivlik müşahidə olunur: Yer üçün təhlükə varmı?  |     12:59 Face Pay-dən “myGov”a: Yeni rəqəmsal həyat tərzi formalaşır  |     12:54 Kiçik sahibkarlıq zəiflədikcə bahalaşma artır  |     12:48 Niyə BOKT-lar banklardan daha çox tələb görür? – Ekspert SƏBƏBLƏRİ AÇIQLADI  |     12:33 Leyla Əliyeva Masallıda Cümə məscidini ziyarət edib - VİDEO  |     12:25 500-ə yaxın dərman preparatlarını ölkəyə qanunsuz yolla keçirmək istədilər  |     12:19 Tanınmış estetik mərkəzlə bağlı cinayət işində təqsirləndirilənlərdən XƏBƏR VAR  |    
Left Banner
Right Banner

Bakı polisi piket iştirakçılarının şəhər təsərrüfatına vurduğu ziyanla bağlı görüntülər yayıb - FOTO

09.10.2019 15:18 3 280
Bakı polisi piket iştirakçılarının şəhər təsərrüfatına vurduğu ziyanla bağlı görüntülər yayıb - FOTO
Özlərini Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurum və Azərbaycan Xalq Cəbhəsi Partiyasının razılaşdırılan piketi paytaxtın mərkəzində kütləvi hüquq pozuntuları ilə müşayiət olunub.

Bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda bildirilib ki, piket ərəfəsində təşkilatçılara tədbirin qanunvericilik tələblərinə uyğun keçirilməsi ilə bağlı edilən rəsmi xəbərdarlıqlara baxmayaraq, piket iştirakçıları qanunun tələblərini pozmaqla yanaşı, razılaşdırılan xüsusatlardan kənar, "piketə dəstək” adı altında qanunsuz çağırışlar etməklə, daha çox tərəfdarın cəlb olunmasına çalışıblar.

Nəticədə sıxlığın, gediş-gəlişin, nəqliyyat axının intensiv olduğu mərkəzi küçələrdə qeydə alınan hüquqazidd əməllər hərəkətin iflic olmasına, piyadaların sərbəst gediş-gəlişinə maneçilik yaranmasına səbəb olub, ətrafdakı insanlara qarşı kobudluq və polisi qarşıdurmaya çəkmə cəhdləri baş verib.

Baş verənlər, qeydə alınanlarla yanaşı, paytaxtın mərkəzi küçələrində şəhər təsərrüfatına ziyan vurulub, kommunal xidmətlərin tullantı qutuları dağıdılıb, antisanitariya normaları pozulub. Küçə yürüşünə cəhd zamanı müşahidə olunanlar onu deməyə əsas verir ki, təşkilatçılar "piketə dəstək” adı altında qanunsuz çağırışları ilə iştirakçıların hüquqazidd əməllərinə zəmin yaradıblar.

Bu əməllər, onunla nəticələnib ki, iştirakçılar paytaxt küçələrində bir saat ərzində intizamsızlıq nümayiş etdirməklə, acınacaqlı durum yaradıblar.

Piket iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədilə xidmətə cəlb olunan polis əməkdaşları ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək, insanların hüquqlarını təmin etmək üçün üzərlərinə düşən vəzifələri qanunverciliyə müvafiq olaraq peşəkarlıqla təmin edib.







скачать dle 11.3
Mojo.az Banner