Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

“Neft xalqındır” – YAP-çı deputatdan Murad Dadaşova cavab

05.10.2019 21:05 2 048
“Neft xalqındır” – YAP-çı deputatdan Murad Dadaşova cavab
Xəbər verdiyimiz kimi, dünən tanınmış şoumen, "M Group Production” şirkətinin prezidenti Murad Dadaşovun söylədiyi "Neft mənimdir, sənindir deyənlərə bir sualım var: "Sən bu neft üçün nə etmisən?” fikri vətəndaşlar tərəfindən birmənalı qarşılanmayıb.

Belə ki, məşhurun bu açıqlaması sürətlə sosial şəbəkələrdə yayılıb. İnsanların məsələyə münasibəti də fərqli olub. Onlardan böyük əksəriyyəti şoumenin fikri ilə razılaşmayıb və onu tənqid ediblər.

Median.Az xəbər verir ki, məsələ ilə bağlı millət vəkili Aydın Mirzəzadə BakuPost-a münasibət bildirib. O deyib ki, şoumenin bu fikri ilə razı deyil:

"Murad müəllimlə şəxsi tanışlığımız var, dostumuzdur. Mənim incəsənət xadimi kimi onun özünə və sənətinə hörmətim var. Ancaq bu məsələdə fikirlərimiz fərqlidir. Bu fikir doğru deyil.

Təbii sərvətlərin hamısı xalqındır. Eləcə də, neft. Təbii sərvətlərdən gələn gəlirlərdə hər kəsin payı var. Ondan gələn gəlir hər bir kəsə düşür. Bilirsiniz ki, neftdən qazanılan gəlir ölkədə müxtəlif istiqamətlərdə istifadə olunur.

Bura silahlı qüvvələrimizin saxlanılması, təhlükəsizliyimizin qorunması, səhiyyə ocaqlarının saxlanılması, təhsil ocaqları, orta məktəblər, ali məktəblərin yaradılması, müxtəlif yenidənqurma və abadlıq işlərinin aparılması, əmək haqlarının, təqaüdlərin verilməsi və xeyli başqa məsələlər aiddir.

Mən bir daha qeyd edirəm: bütün bu işlərdə bütün vətəndaşların iştirakı və payı var. Neft xalqındır!”

Son xəbərlər