Xaçmazda piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Median.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
"Daewoo" markalı avtomaşın Xaçmaz rayon sakini, 1959-cu il təvəllüdlü Rəfiqə Əliyevanı vurub. Xəsarət alan piyada Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.