Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyeva və Arzu Əliyeva “Pəncərədən düşən işıq” filminin nümayişində - FOTO

01.10.2019 22:20 1 264
Leyla Əliyeva və Arzu Əliyeva “Pəncərədən düşən işıq” filminin nümayişində - FOTO
Oktyabrın 1-də Bakı Marionet Teatrında Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı çərçivəsində “TEFİ Sodrujestvo”nun mükafatına layiq görülmüş “Pəncərədən düşən işıq” sənədli filminin nümayişi olub.

Film Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə çəkilib.

Filmin baş prodüseri və ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva tədbirdə iştirak ediblər.

“Pəncərədən düşən işıq” sənədli filmində Xeyir və Şər arasında əbədi mübarizədən danışılır. Filmin qəhrəmanları bu suala cavab verməyə çalışırlar: Şərlə əbədi mübarizəsində Xeyrin qələbə qazanması üçün nə etmək lazımdır? Onların arasında 20 ildən çox həbsxana həyatı yaşayan və hazırda xeyriyyə təşkilatı yaratmaqla, xeyirxahlığı təşviq edən kitablar yazmaqla, hər gününü yaxşılıq etməklə başlayan şəxsi görürük. Ekran əsərinin digər qəhrəmanı əlil arabasında gəzməsinə baxmayaraq, fəal həyat tərzi keçirir - ali məktəbdə oxuyur, bal rəqsləri ilə məşğul olur, Olimpiya Oyunlarına hazırlaşır, paraşütdən tullanır, bununla da cətinliklərin öhdəsindən gələ bilir.

Filmdə valideynlər və həkimlərlə birlikdə ağır onkoloji xəstəliklərə qarşı mübarizə aparan uşaqlara xüsusi yer verilib. Uşaqları məktəbə getmək, yaşıdları ilə ünsiyyət saxlamaq imkanından məhrum edən müalicənin mürəkkəb olmasına baxmayaraq, onlar tam sağalacaqlarına inam və ümidlərini itirmirlər. “Pəncərədən düşən işıq” filminin hər bir qəhrəmanı insanları xeyirxahlıq etməyə, hər şeyin yaxşılığa doğru dəyişəcəyinə daim inanmağa və heç vaxt ruhdan düşməməyə çağırır.

Sənədli filmin nümayişi tamaşaçılarda dərin təəssürat yaradıb.

Filmin nümayişi başa çatandan sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva jurnalistlərə müsahibəsində ekran əsəri ilə bağlı təəssüratlarını bölüşüb. O bildirib ki, xəstə uşaqlara tez-tez baş çəkir, onlarla ünsiyyət saxlayır. Onu “Pəncərədən düşən işıq” filminin çəkilməsinə də məhz bu ünsiyyət ruhlandırıb. Leyla Əliyeva deyib ki, filmin ideyası ona baxan hər kəsi daha çox xeyirxahlıq etmək barədə düşündürməkdən ibarətdir. Çünki xeyirxahlıq paylaşdıqca artır. O vurğulayıb ki, arzu edən hər kəs “Pəncərədən düşən işıq“ filminə “YouTube” kanalında baxa bilər.

Filmin rejissoru və ssenari müəllifi Oleq Şommer qeyd edib ki, söhbət real insanların taleyindən getdiyi üçün çəkiliş prosesi çox mürəkkəb olub. O deyib: “Bu filmdən sonra mənim daxilimdə çox şey dəyişdi. Mən dərk etdim ki, biz bir-birimizə daha çox kömək etməli, özümüzü başqasının yerinə qoymağı bacarmalı, qarşımızdakı insanı incitməməliyik. Həyatın əsas amalı məhəbbət və xeyirxahlıqdır”.

Xatırladaq ki, Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə ikinci dəfədir keçirilir.

Son xəbərlər