Mojo.az Banner
14:12 Narkotik şübhəsi ilə saxlanılmışdı, konsertdə saçı yandı  |     14:05 Masazırda AĞIR QƏZA: tam əzilmiş maşından sağ çıxarıldı - VİDEO  |     13:57 Lənkəranskinin adamı olan polis polkovniki İŞDƏN QOVULDU  |     13:50 Çində mədəndə güclü PARTLAYIŞ: 90 nəfər öldü - YENİLƏNİB  |     13:36 Bakıda 64 yaşayış yerində kanalizasiya qurulacaq, içməli suyun həcmi artırılacaq - ADSEA sədrinin müavini  |     13:30 Əksər rayonlara güclü yağış yağıb  |     13:22 Uşaqlar niyə tərəvəz yemək istəmir? - Həkimlərin İZAHI  |     13:16 Harri Kasparov beynəlxalq axtarışa verildi  |     13:09 Naxçıvanda "Hyundai" aşdı, 6 nəfər yaralandı  |     23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |    
Left Banner
Right Banner

“Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” - Akif İslamzadə

01.10.2019 21:00 1 630
“Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır” - Akif İslamzadə
“Qəribədir ki, küçədə insanlar mənə yaxınlaşırlar, fikirləşirlər ki, yəqin hökmümüz çatır və çox vaxt TV-lərdən şikayətlənirlər. Deyirlər ki, biz övladlarımıza icazə vermirik televiziyaya baxmağa, çünki əxlaqları pozular. Əlbəttə mən də televizoru açıram, özüm futbol azarkeşiyəm. Ancaq istər-istəməz kanallara gözüm sataşır. Çox təəccüblənirəm. Oxumaq kənarda qalıb. Xüsusilə qadın ifaçılar əndamlarını göstərirlər. Kişilərdə də az yoxdur. Bayrağımızdakı yaşıl rəgdən utansınlar. Heç bayraqdakı rənglərin mənalarını bilirlər?”

Median.Az
xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında illər əvvəl səhnədən uzaqlaşan müğənni Akif İslamzadə deyib.
Keçmiş estrada ifaçısı televiziyalarda yayımlanan proqramlardan şikayətlənib:

“Mən başa düşə bilmirəm ki, kişi qadının yataq otağına gedib necə şkaf açar? Nə qədər qeybət eşitmək olar? Qeybətə qulaq asmaq qeybət kimi bir şeydir. Fikirləşirəm ki, yəqin sədrlərdən tutmuş idarə edənlər öz səviyyəsini göstərir. Ona görə gördüklərimiz budur. Bir neçə müddət bundan əvvəl iki müğənni (Əməkdar artist Rəşad İlyasov və müğənni Rüfət Axundov) söyüşlə mahnı oxumuşdu”.


A.İslamzadə eyni zamanda dünya televiziya aləmində də ədəbsizliyin hökm sürdüyünü düşünür: “Bu problem təkcə bizdə deyil. Dünyada da belədir. Görün nə qədər ədəbsiz, əxlaqsız sözlər eşidirsiz. Adəmdən başlayan hekayənin sonu olmalıdır. İndi belədir, əlamətlər bunu göstərir. Hədislərdə yazıldığı kimi, qoyun otaran bədəvi ərəblər hündür binalar tikmək üçün yarışacaqlar, qadınlar kişi vəzifələrini yerinə yetirəcək, kişilər zəifləyəcəklər. Aylar həftələr kimi, həftələr günlər kimi keçəcək. Tarixin sonuna gedirik”.

Həmçinin sənətçi qeyd edib ki, qadınlarla kişilər heç vaxt bərabərhüquqlu ola bilməz: “Fikir verin, bütün dünya matriarxat (ana xaqanlığı) olub. Ümumiyyətlə, bu cəmiyyət inkişaf edə bilməz. Qadınların elmləri ibtidai sinifdən o tərəfə keçmir. Bəli, ibtidai sinif müəllimləri ola bilərlər. İstisnalar ola bilər. Tarixdə böyük işlər görən qadınlar var. Peyğəmbərimizin meracında da cənnəti, cəhənnəmi göstəriblər. Cəhənnəmdə olanların əksəriyyəti qadınlardır.

Qadınla kişi bərabər ola bilməz. Bu, təbiətin əleyhinə olan bir şeydir. Elmdə, incəsənətdə bir qadın məktəbinin adını çəkin! Yoxdur! Yenə də deyirəm, tarixən böyük sənətkarlar olub. Amma onlar məktəb deyil, onlar məktəbin davamçılarıdır”.скачать dle 11.3
Mojo.az Banner