Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:25 İlham Əliyev: "Azərbaycan İƏT çərçivəsində əməkdaşlığın inkişafına xüsusi önəm verir"  |     11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

Siyəzənli dələduz ələ keçdi - "Xəstə", "imkansız" adı ilə insanları aldadırdı

30.09.2019 23:33 1 453
Siyəzənli dələduz ələ keçdi -
Xızı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etməkdə şübhəli bilinən Siyəzən rayonunun Zarat kənd sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Samir Məmmədov saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib.

Ətrafında aparılan tədbirlərlə onun müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazilərində sürücüləri müxtəlif bəhanələrlə yolun hərəkət hissəsində saxlatdığı, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirərək onlardan aldatma yolu ilə pul aldığı məlum olub.

Polis əməkdaşları S.Məmmədovun digər analoji cinayətlərdə iştirakını da istisna etmir.

Əgər onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə, həmçinin Xızı RPŞ-yə və ya şəhər telefonlarından (02331) 5-01-31 nömrəsi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur.//milli.az

Son xəbərlər