Mojo.az Banner
23:01 Wi-Fi problemi yaşayanlar üçün: evdə interneti gücləndirməyin yolları  |     22:56 Moskva İrəvanı hədələdi  |     22:49 Hikmət Hacıyev WUF13-ün yekunu ilə bağlı paylaşım edib  |     22:41 İstehsalat qəzaları ilə bağlı YENİ QƏRAR: Qiymətləndirmə qaydaları dəyişdi  |     22:36 Tanınmış rəssam dünyasını dəyişdi  |     22:27 412 min dollarlıq dələduzluqda təqsirləndirilən Sənan Əsədzadə saxlanıldı  |     22:22 Kürün Xəzərə töküldüyü hissəsi balıqçılıq torlarından təmizləndi  |     22:15 Süni intellekt elmi fantastikaya yaxınlaşır: "Claude"un yaradıcısı "əyləci basmağa" çağırdı  |     22:09 Yundan istifadə sümükləri bərpa edirmiş  |     22:02 Azərbaycanlı iş adamı satdığı şirkəti geri almaq üçün qohumu ilə saxta boşanma təşkil edib - TƏFƏRRÜAT  |     21:57 Kürün səviyyəsi yenidən artdı - Son vəziyyət  |     21:49 Tbilisi qatarında uşaqlara hansı güzəştlər olacaq?  |     21:44 Vətəndaşların külli miqdarda pulunu mənimsəyən şəxsin məhkəmə işi  |     21:36 Bu məktəblərə I sinfə qəbul müsabiqəsinin nəticələri elan olundu  |     21:30 Fəyyaz Xankişiyevin oğlunun məhkəməsi keçirildi  |     21:24 "Alisiya Möcüzələr Diyarında" adlı layihəyə görə 128 minlik dələduzluq işi  |     21:16 "Siti"də 10 illik Qvardiola dövrü bitdi  |     21:11 Ebola virusundan ölənlərin sayı açıqlandı  |     21:02 Bu il növbəti Bakı İqlim həftəsi keçiriləcək  |     20:56 Şənbə günü 28° isti olacaq  |    
Left Banner
Right Banner

Müəllimlər üçün yekun qiymətləndirmə başa çatdı

30.09.2019 13:40 2 492
Müəllimlər üçün yekun qiymətləndirmə başa çatdı
Məktəbəhazırlıq qruplarında tədris aparacaq müəllimlər üçün yekun qiymətləndirmə başa çatıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, imtahanda Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən təşkil olunmuş “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimləri başa vuran 1000-ə yaxın ibtidai sinif müəllimi iştirak edib.

Müəllimlər 45 dəqiqə vaxt ərzində onlayn şəkildə 25 test sualını cavablandırıblar.

İmtahanda iştirak etmiş müəllimlərə müvafiq ixtisasartırma sertifikatları təqdim olunacaq. Oktyabrın 1-dən isə həmin müəllimlər məktəbəhazırlıq qruplarında fəaliyyətə başlayacaqlar.

Qeyd edək ki, “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təşkil edilmiş təlimlər Təhsil Nazirliyinin sifarişi ilə “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçirilib.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.скачать dle 11.3
Mojo.az Banner