Mojo.az — elanlar
Son Xəbərlər
23:01 Pensiyası kəsilənlərin nəzərinə  |     22:56 Bu 4 bürcün kişiləri sevdisə vaz keçmir - ADLAR  |     22:44 Ən populyar adlar dəyişdi: Yusifi Uğur, Zəhranı Melisa əvəzlədi (SİYAHI)  |     22:39 Nişanlı məhkumun cəzasının qalan hissəsi bağışlandı - Toyu olacaq  |     22:34 Depressiyaya düşüb cinayət törətdi - Bakıda gözəllik salonundakı oğurluğun detalları  |     22:27 10 manata satılan kərə yağları: Sağlamlıq üçün nə qədər təhlükəlidir?  |     22:20 Erkən nikah bəlası: Psixoloji travmalar, məcburi qərarlar və çıxış yolları  |     22:15 "Dubayda tutulmuşam" deyib əlavə pul aldı - Məhkəmədən amnistiya qərarı  |     22:08 Qonşusunu boğazından sıxan 67 yaşlı kişi cərimə edildi  |     22:02 Azərbaycanlıların bu il ən çox getdiyi ölkələr açıqlandı  |     21:55 Xolesterini azaldan qidalar: Kardioloq payızın ən faydalı tərəvəzini açıqladı  |     21:50 Qızılın qiyməti oktyabrın 14-dən bəri ən aşağı səviyyədədir  |     21:42 Bu serialın heyətində dəyişiklik ediləcək  |     21:37 Autizmli uşağı döyən müəllim üzr istədi - VİDEO  |     21:30 DSMF pensiyaların bərpası və yenidən təyini qaydalarını açıqıadı  |     21:24 8 ayda aldadılan istehlakçıların sayı açıqlandı  |     21:15 Motosiklet qaçıran, skuter və velosiped oğurlayan beş nəfər saxlanıldı  |     21:09 Türkiyə-Ermənistan sərhədi açılır?  |     21:00 "Konstitusiya məsələsi Azərbaycanla müzakirə olunmur" - Baş nazir  |     20:47 Azərbaycanda keçiriləcək U-20 dünya çempionatının tarixləri açıqlandı - Rəsmi  |    
Mojo.az Avto
Mojo.az Avto

11 azərbaycanlı Almaniyadan deportasiya edildi - Kilsədən sığınacaq istəmişdilər

28.09.2019 21:10 1 695
11 azərbaycanlı Almaniyadan deportasiya edildi - Kilsədən sığınacaq istəmişdilər
27 azərbaycanlı Azərbaycana deportasiya olunmamaq üçün kilsələrdən sığınacaq istəyib. Almaniyada fəaliyyət göstərən “Leqat” inteqrasiya mərkəzindən Median.Az-ın faktaz.com-a istinadən məlumatına görə, onlar hesab edirlər ki, kilsənin xüsusi qorunmasından yararlanacaqlar və barələrində olan deportasiya ilə bağlı qərarların ləğv olunmasına nail olacaqlar. Çünki onların əksəriyyətinin deportasiya edilməsi ilə bağlı qərar var və ölkəni tərk etmələri üçün bir və ya iki həftə vaxt verilib. 27 nəfərdən 11-i ( 9 nəfəri artıq Azərbaycana deportasiya edilib, 2 nəfəri isə Rusiya Federasiyasına göndərilib) geri qaytarılıb.

Almaniyada kilsələrin köməyi ilə qaçqın statusu alanların sayının artması 2017-ci ildə hökümətin narazılığına səbəb olmuşdu. Almaniyanın Daxili İşlər Naziri 2017-ci ilin mart ayında Alman kilsələrinin ümumi rəhbəri ilə görüşüb, narahatçılıq yaradan halları müzakirə etmişdi. Nazir bəzi kilsələrin və dini icmaların qaçqın statusunun verilməsi ilə bağlı sui-istifadə hallarına yol verildiyini bildirmişdi.

Həmin görüşdən sonra kilsələrə münasibət tam dəyişib. 2013-cü ildə kilsələrin dəstəyi ilə 162 nəfər, 2015-ci ildə 1015 nəfər, 2016-cı ildə isə 1139 nəfər (onlardan 277 nəfəri uşaqlardır) qaçqın statusu almağa nail olub. 2017-ci ildə bu rəqəm stabil qalsa da, 2018-ci ildə aşağı düşüb.

Buna səbəb hüqüq mühafizə orqanlarının səlahiyyətlərinin genişlənməsi, onlara kilsələrə daxil olma və orada qanunsuz yaşayan sığınacaq axtaran şəxsləri ölkədən deportasiya etmək hüququnun genişlənməsi ilə bağlıdır.

Kilsələrin köməyi ilə qaçqın statusu almağa nail olanların əksəriyyətini əfqanlar, çeçenlər, iranlılar təşkil edir.

Hətta bu yaxınlarda bir protestant pastor Ulrich Gampert bir əfqanıstanlı sığınacaq axtaran şəxsə dəstək verdiyi üçün Sonthofen’in məhkəməsinə təqsirləndirilən şəxs kimi dəvət olunub. Məhkəmə zamanı müəyyən olunub ki, 2018-ci ilin yayından bəri, əfqanıstanlı kişi Oberallgäu’nda pastorla birlikdə kilsə ziyarətgahına gedib və dua edib və dini ayinləri icra edib.

Gənc oğlan Almaniyaya 2015-ci ilin yayında gəlib. Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) onun sığınacaq müraciətini rədd edib və onu 2018-ci ilin yazında Əfqanıstanın paytaxtı Kabula deportasiya etmək istəyib. O da kilsədən sığınacaq istəyib və pastor Ulrich Gampert müvafiq dövlət orqanlarına məlumat vermədən ona kilsə sığınacağı verib.

Əfqanıstan vətəndaşının Almaniyada icazəsiz qalmağına kömək etdiyinə görə, keşiş haqqında cinayət işi başlanılıb və çərşənbə günü Sonthofen məhkəməsi qarşısına çıxarılıb.

Kilsələrin sığınacaq verməsini qadağan edən bir normanın mövcud olmadığını dezən vəkil pastoru müdafiə edib. “Kilsədən sığınacaq almaq bir ənənədir” deyə vəkil bildirib.

Dövlət ittihamçısı bildirib ki, gənc, kilsə sığınacağına qəbul olunaraq deportasiyadan gizlənmək istəyib. Pastoris də bilərəkdən bu qanunsuzluğa şərait yaradlıb və bundan sonra deportasiya cəhdlərinin qarşısını alınıb.

23 yaşlı gəncin taleyinin necə olacağı bəlli deyil. Sığınacaq verilməsindən imtina ilə bağlı məhkəmə araşdırması davam edir. Bavariya Parlamentinin müvafiq komitəsi də deportasiyasını 2020-ci ilin əvvəlinə qədər altı ay müddətinə dayandırıb.

Göründüyü kimi artıq siyasət dəyişib və sığınacaq verən pastorların belə məsuliyyətə cəlb olunmasından çəkinmirlər.

Son xəbərlər