Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:48 Dünyada ərzaq bahalaşması Azərbaycandakı qiymətlərə necə təsir edə bilər? | 13:31 Sərxoş sürücülərə qarşı cəzalar sərtləşdirilməlidirmi? – Hüquqşünasdan açıqlama | 13:24 Sığınacağın qarşısında dəhşət: Rusiyada azərbaycanlı gənc keçmiş sevgilisinin boğazını kəsib - Video | 13:22 71 yaşlı kişi evini fahişəxanaya çevirdi - Təfərrüat | 13:21 Azərbaycan Dublində qəbul edilən üç sənədə qoşulmadı | 13:07 "Microsoft" sistemində qlobal nasazlıq: "Outlook" 74 ölkədə çöküb | 13:06 Azərbaycan nefti ucuzlaşdı | 12:58 Mingəçevirdə parkda dava: Attraksion nəzarətçisi bıçaqlandı | 12:57 İnternatda böyüyən 11-ci sinif şagirdi market müdirini qarət etdi | 12:56 40 yaşdan sonra dişlərimiz niyə əyilir? | 12:53 "Nvidia"nın keçmiş rəhbəri ilə bağlı yeni iddia: Üçüncü qadın ortaya çıxdı | 12:38 "TikTok"da 300 min manatlıq dələduzluq: Saxlanılanlar var - VİDEO | 12:22 İkinci əl avtomobillərə tələbat artdı – Qiymətlər bahalaşır | 12:19 Cəbrayılda şirkət işçilərinin qaldığı tikilidə yanğın | 12:15 Bakı və Sumqayıtdakı xəstəxanalarda növbə ilə bağlı yenilik | 12:06 Bakı-Qazax yolunda daha bir körpü sökülür - Səbəb | 12:01 Əlillik almayan hərbçilərin sosial təminatı genişləndirilməlidir – Açıqlama | 11:52 Bakıda kütləvi dava: Üç nəfər bıçaqlandı | 11:41 Abşeronda 89 yaşlı qadın zəhərlənib öldü | 11:37 Azərbaycanda müəllimlərə şagirdlərlə bağlı qadağa |
Mojo.az Avto
Mojo.az Avto

Avropadakı ermənilər təlaş içində — Onları deportasiya edirlər

09.09.2019 22:08 4 005
Avropadakı ermənilər təlaş içində — Onları deportasiya edirlər
Avropa ölkələrində sığınacaq alan ermənilər məcburi şəkildə Ermənistana göndərilir.

Median.Az bildirir ki, Ermənistan mətbuatının yazdığına görə, Almaniyadan çarter reyslərlə gələnlərin bəziləri deportasiya barədə bildiriş almadığını iddia edirlər.

Digərləri isə deportasiya barədə bildiriş alsalar da, sağlamlıqlarına görə Almaniyadan çıxa bilməyiblər. Lakin onlar müalicə kursunu başa vurmağa vaxt tapmamış məcburi şəkildə ölkədən çıxarılıblar.

Ailəsi ilə birlikdə deportasiya edilən Arman Almaniyada qaçqın düşərgəsində yaşadığını bildirib. Onun sözlərinə görə, bundan sonra Ermənistanda necə yaşayacaqlarını bilmirlər.

"Çünki pulum yoxdur, müalicə məsələsini necə həll edəcəyimi də bilmirəm. Ölkədə dərmanların keyfiyyəti yaxşı deyil", - deyə Arman bildirib.

Varsenik də müalicənin keyfiyyətinə görə Ermənistana dönmək istəmədiyini, amma zorla deportasiya olunduğunu deyib.

Son bir neçə gündə Almaniyadan iki dəfə çarter reysi ilə 80 nəfər erməni məcburi olaraq ölkədən çıxarılaraq Ermənistana yola salınıblar.
Ermənistan miqrasiya xidmətinin məlumatına görə bu ilin birinci yarısında 944 erməniyə qarşı Avropa Birliyi ölkələrindən 490 readmissiya iddiası daxil olub.

Bu şəxslərin Ermənistan vətəndaşı olmaları təsdiq edilərək məcburi şəkildə öz ölkələrinə qaytarılıblar.

Ermənistana məcburi şəkildə geri qaytarılan ermənilərin əksəriyyəti Almaniyadandır - 576 nəfər.

Fransadan 96, İsveçdən 36, Avstriyadan 35 erməni deportasiya olunub.

Məsələ orasındadır ki, əvvəllər sığınacaq verilən vətəndaşlar da geri göndərilir. Çünki siyasi sığınacaq məsələsinə üç ildən bir baxılır. (oxu.az)

Son xəbərlər