Mojo.az Banner
19:11 "Şamaxinka"da minib-düşmə yeri niyə yoxdur? - Video  |     19:04 Yəməndə partlayış nəticəsində jurnalist öldü  |     18:42 Sabah Bakıda 5 istiqamətdə keçiriləcək hərbi yürüşlə bağlı MÜRACİƏT  |     18:29 Prezidentdən Azərbaycan Ordusunun ən gənc generalı ilə bağlı SƏRƏNCAM  |     18:18 Tovuzda kişi anasına əsəbiləşdi, orta məktəbə gəlib arvadını döydü  |     18:14 Əli Əsədovdan sahibkarlarla bağlı YENİ QƏRAR  |     18:02 Dövlət Vergi Xidməti pivə istehsalçılarını topladı: bazarda gizli dövriyyə halları aşkarlanıb  |     17:50 Leyla Əliyeva uşaq evlərinin sakinləri üçün bayram tədbirindən paylaşım edib - Video  |     16:31 Maqnit qasırğası Yeri bürüdü  |     14:10 Azərbaycan XİN Venesuelaya başsağlığı verdi  |     13:56 Gəncə aeroportunun direktoru vəzifəsindən azad olundu  |     13:49 Çimərliklərdə bu qaydaları pozanlar cərimələnə bilər  |     12:46 Fransada 10 yaşlı uşaq qadını öldürməyə cəhd göstərdi  |     12:19 Olimpiya çempionumuzdan sürpriz addım: Hidayət Heydərov Çində fərqli çəkidə tatamiyə çıxacaq  |     12:12 Bakı metrosunda qatarların hərəkət qrafiki dəyişdiriləcək  |     12:11 Kirayə götürdüyü avtomobili psixotrop maddənin təsiri altında idarə edən sürücü saxlanılıb  |     12:10 Həştərxan vilayətinin vitse-qubernatoru Fəxri xiyabanı ziyarət edib - FOTO  |     12:01 Azərbaycan nefti ucuzlaşdı  |     11:59 Keyfiyyətsiz yanacağın gizli əlamətləri  |     11:58 Niyə bəzi dərmanları gecə, bəzilərini isə səhər içməliyik?  |    
Left Banner
Right Banner

Siqareti tərgitmək istəyənlərə 5 məsləhət: Beyini necə aldatmalı?

27.09.2019 17:52 2 525
Siqareti tərgitmək istəyənlərə 5 məsləhət: Beyini necə aldatmalı?
Elmi araşdırmalar göstərib ki, fizioloji asılılıq və təsir baxımından nikotin kofein və marixuanadan dəfələrlə güclüdür. Psixoloji asılılıq baxımından isə heroin və kokoinə bərabərdir.

Ona görə xroniki tütün çəkənlər üçün birdən-birə siqareti tərgitmək asan olmur. Nə qədər kənardan asan, cəlbedici görünsə də, tütündən imtina orqanizm üçün sınaqdır, əsl döyüşdür və buna tab gətirmək hünər tələb edir.

Median.Az medicina.az-a istinadən siqaretdən imtina yoluna qədəm qoyanlar üçün orqanizmin müqavimətini qırmaq və meydana çıxacaq problemləri həll etmək üçün 5 məsləhəti təqdim edir.

1.Beynin həzz tələbini ödəmək

Nİkotin qanda dofamin adlı həzz, razılıq fermentini artırır. Beyin narkotik kimi bu hissə alışır və hər dəfə daha çox doza nikotin tələb edir.
Siqareti tərgidərkən beynin bu tələbinə qarşı çıxmaq üçün onu aldatmaq lazımdır. Siqaret çəkmək təbi gələndə o fermenti hasil edəcək bəzi qidalardan atışdırın: bir dilim çovdar çörəyi, ərik qurusu, armud, təbii şirin yoqurt, qara şokolad.

2.İştah güclənir

Siqaret tərgitdikdən 1 həftə sonra iştah çox artır, insan kökəlir, çox yeyir. Bu maddələr mübadiləsində gedən dəyişikliklərlə bağlıdır. Siz siqareti tərgitdiyiniz gündən sağlam dieta növü seçməli, ona əməl etməli, hər gün qida kalorisini 100-200 azaltmalısız. Qalan məsələlər psixoloji faktorlardır.

3.Sakitləşmək yolları

Nİkotin diqqəti artırır, sinirləri sakitləşdirir. Ona görə siqaretsiz olanda səbəbsiz həyəcan, əsəb, gərginlik, hirsini başqalarından çıxmaq qaçılmazdır. Davamlı siqaret orqanizmdə C vitaminini azaldır. Bu da sinir sistemini çökdürür. Siqareti tərgitdikdə tropik və sitrus meyvələrinə keçin. Eləcə də gün ərzində çox miqdar adi su için. Bu həm arıqladır, həm də zərərli qalıqları çıxarır.

4. Əlavə hobbilər tap

Siqaret tərgidərkən orqanizm sanki ölüm siqnalı alır. Həyat, iş, əvvəlki vərdişləriniz sizə maraqsız gələcək. Ona görə öncədən 6 aylıq plan tutaraq, səyahət, səfər, adrenalin verən məşğuliyyətlər, idman, hobbi, əyləncə növləri tapın və ətrafınızı dəyişin.

5.Qidanızı dəyişin

Siqaret tərgidərkən qoxu və dadbilmə hissi güclənir. İnsan az qala daşı da yemək istəsin. Elə qidalar yeməlisiz ki, sizin bu tələbənizi ödəsin. Siqaret çəkənlər bolluca meyvə, tərəvəz kababları, dəniz məhsulları – krevetdən tutmuş xərçəngə kimi yeməli, arada pivə içməli, eləcə də müxtəlif smuzilər düzəldib içməlidir ki, dad reseptorlarının qıcıqlanmasının qarşısını alsınскачать dle 11.3
Mojo.az Banner