Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
18:36 İki uşaq anası Dağüstü parkda sevgilisini qarət etdi - Təfərrüat  |     18:26 Kameraların olmadığı otaqlarda nə baş verir? - Bakıdakı bağça ilə bağlı şok iddia - Video  |     17:27 Dilarə Əliyevaya vəzifə verildi  |     17:18 "Arsenal"ın ulduzu uzun müddətə sıradan çıxdı  |     17:12 Ötən gün axtarışda olan 127 nəfər saxlanılıb  |     16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Tale Bağırzadənin yoldaşına cinayət işi açıldı

26.09.2019 23:10 1 519
Tale Bağırzadənin yoldaşına cinayət işi açıldı
Müsəlman Birliyi Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırovun xanımı Leyla İsmayılzadə haqqında cinayət işi başlanıb.

Median.Az
xəbər verir ki, bu barədə Azadlıq Radiosuna hüquq-mühafizə orqanlarından bildirilib.

“Cinayət işi Qobustan həbsxanasına – Taleh Bağırovun yanına telefon keçirmək cəhdi ilə bağlıdır. Uzun müddət Ədliyyə Nazirliyinin istintaq idarəsində araşdırmalar getdi. Ekspertiza təyin edildi və rəy alındı. Yekunda belə nəticəyə gəliblər ki, Leyla İsmayılzadənin əməlində cinayət tərkibi var. İşin istintaqı da həmin idarədə aparılır. Artıq istintaq yekunlaşmaq üzrədir və yaxın günlərdə Cinayət Məcəlləsinin 317-1 (cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsi) ittiham elan edib, iş məhkəməyə göndəriləcək”, – deyə bildirilib.

Leyla İsmayılzadə isə deyib ki, istintaqın gedişi, ona ittiham verilməsi kimi məsələlərdən xəbəri yoxdur. Lakin müstəntiq onunla əlaqə saxlayaraq, sentyabrın 27-də Ədliyyə Nazirliyinin istintaq idarəsinə çağırıb: “Sabah idarəyə gedəcəm”.

Leyla İsmayılzadə əlavə edib ki, sözügedən məsələ ilə əlaqədar bundan öncə də iki dəfə dindirilib.

Qeyd edək ki, Penitensiar Xidmət martın 21-də Leyla İsmayılzadə barədə məlumat yayıb. Məlumatda bildirilib ki, o üç azyaşlı övladı ilə birlikdə həyat yoldaşının yanına gələndə mobil telefon və danışıq kartı gətirib. Onun tərəfindən gətirilmiş sovqata və əşyalarına baxış keçirilən zaman uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və 1 ədəd danışıq kartı aşkar edilib.//faktaz.com

Son xəbərlər