Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb

18.07.2024 16:11 870
Cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin (PX) əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Bu barədə Penitensiar Xidmət məlumat yayıb.

Bildirilib ki, məhkum Elçin Əlisəfa oğlu Məmmədovla görüşə gəlmiş həyat yoldaşının üzərində gizlətdiyi bükülüdə 8,499 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", - deyə PX-dən bildirilib.

Son xəbərlər