Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
16:42 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     16:40 Köməksiz vəziyyətdə qalan 7 aylıq körpə xilas edildi  |     15:03 Ermənistanın bir sıra icmalarında "seçkiqabağı" həbslər həyata keçirilir - Səbəb  |     14:34 Hamamda elektrik cərəyanı vurub öldürdü  |     14:24 Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu  |     14:24 Gəncədə avtomobil qəzası: Bir nəfər ölüb  |     14:20 Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputatın oğludur - Foto  |     14:00 Bakıda kafedə kütləvi dava - Bir nəfər öldürüldü - Anbaan video  |     13:43 Xəzərdə kütləvi balıq tələfatı - Azərbaycana təhlükə gözlənilir?  |     13:39 Gürcüstanda saxlanılan İbad Hüseynov: "Mənimlə düşməncəsinə davrandılar"  |     13:36 Azərbaycan nefti kəskin bahalaşdı  |     13:35 Dünya çempionatı: Azərbaycanın dörd güləşçisi mübarizəyə başlayır  |     13:34 Sakit okeanda 7.2 maqnitudalı zəlzələ: Sunami təhlükəsi elan olundu  |     13:33 Zaqatalada silsilə oğurluqlar edən şəxs tutuldu  |     13:30 Bakıda “Tesla” parkında tanışına qarşı quldurluq edən şəxsə hökm oxundu  |     13:26 Bakıda kişi 2 kişini aldadıb 455 min manat pullarını aldı  |     13:21 Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası  |     13:19 Gəncədə qadın bıçaqlandı: Əri şübhəli bilinir  |     23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |    
Mojo.az Avto
Mojo.az Avto

Qayınatasını öldürən şəxs dəlixanaya göndərildi

26.09.2019 22:24 1 757
Qayınatasını öldürən şəxs dəlixanaya göndərildi
Bakı Ağır Cinayətlər Məhkəməsində qayınatasını öldürməkdə təqsirləndirilən Mehman Balayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Median.Az
xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Məhkəmə M.Balayevin qətli anlaqsız vəziyyətdə törətdiyini əsas gətirərək, onun məcburi müalicəyə göndərilməsi barədə qərar qəbul edib.

Qeyd edək ki, hadisə ötən il dekabr ayının 9-da Qubanın ikinci Nügədi kəndində baş verib.

1979-cu il təvəllüdlü Mehman Fərhad oğlu Balayev bir neçə ay öncə atası evinə küsüb gedən həyat yoldaşını görmək adı ilə qayınatasıgilə gedib.

Qayınatası 1961-ci il təvəllüdlü Heybətov Heybətlə kürəkəni M.Balayev arasında mübahisə başlayıb. Münaqişə böyüyüb və kürəkən qayınatasına bıçaqla zərbələr endirib.

Yaralı halda olan H.Heybətov Quba rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, o ölüb.

M.Balayev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

Ailənin birgə nikahdan iki azyaşlı övladı var.

M.Balayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham verilib.

Son xəbərlər