Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda daha bir fəhlə tikinti meydançasında öldü

25.09.2019 21:50 3 118
Bakıda daha bir fəhlə tikinti meydançasında öldü
Xətai Rayon Polis İdarəsinin əməkdaşları tikinti meydançasında daha bir fəhlənin ölüm faktını qeydə alıblar.

Oxu.az-a sözügedən idarədən verilən xəbərə görə, bədbəxt hadisə sentyabrın 23-də, saat 15:00-da Nobel prospektində yerləşən “Ağşəhər”də baş verib. Fəhlə - Quba rayon sakini, 1996-cı il təvəllüdlü Nicat Əjdər oğlu Qonaqov yeddimərtəbəli yeni tikilinin üçüncü mərtəbəsindən yıxılıb.

Zərərçəkəni “Baku City Hospital”a aparıblar, növbəti gün N.Qonaqov ölüb.

Hazırda faktla bağlı araşdırma başlanılıb.

Rayon prokurorluğu tikinti meydançasında təhlükəsizlik tədbirlərinin nə üçün görülmədiyini araşdırır.

Qeyd edək ki, tikinti şirkətləri zəruri təhlükəsizlik tədbirləri görmədiyindən, Bakıdakı tikinti meydanlarında yuxarı mərtbədən yıxılmaqla ölüm faktı müntəzəm şəkildə qeydə alınır.

Son xəbərlər