Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
15:16 İranda şəhər başçısı güllələndi  |     15:04 Azərbaycanda nikahların sayı 18 ilin ən aşağı səviyyəsinə düşüb - Boşanmaların statistikası  |     15:00 Özünü generalın adamı kimi təqdim edən sahibkar həbs olundu  |     14:48 Məmurlara biznes və əlavə gəlirlərlə bağlı yeni qadağalar qoyulur  |     14:42 Qışda bu məhsul bahalaşacaq — İqtisadi paradoks  |     14:21 Məktəb psixoloqlarının fəaliyyəti dəyişməlidir - AÇIQLAMA  |     14:12 Hər gün saç düzləşdirilməsi böyrəklərə zərər verə bilər – AÇIQLAMA  |     13:56 Bakının bir sıra küçələrində hərəkət məhdudlaşdırılacaq - Siyahı  |     13:10 Bakıda məktəblinin 4-cü mərtəbədən yıxılaraq ölməsi faktı araşdırılır  |     12:56 İspaniya Superkuboku Azərbaycanda keçirilə bilər  |     12:44 Hotellərin doluluğu azalıb - Yerlərin 77 faizi boş qalıb  |     12:40 Ramiz Mehdiyevin köməkçisinə hansı cəza verildi?  |     12:37 Bu tarixdə Bakıda yağış, rayonlarda qar gözlənir  |     12:32 Bütün köhnə avtobuslar yenilənəcək  |     12:21 Samuxda 32 yaşlı kişi bıçaqlandı  |     12:18 Bu gecə keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI  |     12:10 Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək  |     12:02 Sabunçuda bağçanın qapı və pəncərələrini sındıran qazi saxlanılıb  |     12:00 Şagirdlərin elektron yerdəyişməsi prosesinə başlanılır  |     11:53 Azərbaycanda satılan çerri pomidorlar təhlükəlidirmi? - Ekspert açıqladı  |    
Mojo.az Avto
Mojo.az Avto

Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində VİDEOçarx hazırlanıb

21.09.2019 18:41 1 648
Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində VİDEOçarx hazırlanıb
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Milli Musiqi Günü ilə əlaqədar milli musiqimizin banisi Üzeyir Hacıbəylinin həyatı haqqında ingilis dilində videoçarx hazırlayıb.

İcmadan verilən məlumata görə, videoçarxda Üzeyir Hacıbəylinin keşməkeşli həyatı, erməni terrorçuları tərəfindən həmişə təqib edilməsi ön planda təqdim olunur.

Qısametrajlı filmdə Üzeyir Hacıbəylinin Qori Müəllimlər Seminariyasında təhsilini başa vurduqdan sonra Hadrut kəndinə göndərildiyindən bəhs olunur. Videoda qeyd olunub ki, Ü.Hacıbəyli orada bir il müəllim kimi işləyir. 1905-ci ildə azərbaycanlılara qarşı qırğınlar başlayan zaman Ü.Hacıbəyliyə xələl yetirilməsin deyə, gecə ilə onu Yevlaxa yola salırlar. Oradan da qatarla Bakıya gəlir. 1905-ci il avqustun 20-də Ü.Hacıbəyli Bakı vağzalına çatır. Ancaq gözlədiklərinin əksinə olaraq, burada da erməni millətçilərinin törətdiyi qırğınların canlı şahidi olur. Beynəlxalq təşkilatların və onların təmsilçilərinin sosial şəbəkələrdə mövcud olan rəsmi hesablarına göndərilən videoçarxda həyata, insanlara, bəşəriyyətə sevgi və hörmətlə yanaşan Üzeyir Hacıbəylinin evinin 1918-ci ilin mart qırğınlarında Bakını işğal etməyə can atan erməni terror dəstələri tərəfindən gülləbaran edildiyi də qeyd olunub.

Həmçinin filmdə sovet dövründə erməni millətçiləri tərəfindən Üzeyir Hacıbəylinin həyatına təhlükənin davam etdirildiyi nümayiş olunub. Belə ki, 1947-ci ildə Üzeyir Hacıbəylinin səhhəti daha da ağırlaşır. Onu Osipyan soyadlı bir erməni həkim müalicə etməyə başlayır. O isə bilərəkdən bəstəkara əks müalicə tətbiq edir. Bu isə ürəyinə təsir göstərir və onda ürək tutmaları başlayır. Moskva həkimləri də müalicənin düzgün aparılmadığını təsdiqləyirlər. 1948-ci ildə isə dahi musiqiçi həyatla vidalaşır.//milli.az

Son xəbərlər