Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ

21.09.2019 14:00 3 045
Güclü külək əsəcək, intensiv yağışlar yağacaq - XƏBƏRDARLIQ
Bu gün günorta saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək.

Bunu oxu.az-a açıqlamasında Ekologiya Və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, güclü külək sentyabrın 22-si səhər saatlarına kimi davam edəcək:

“Ən güclü külək bu gün gündüz və axşam müşahidə olunacaq. O zaman küləyin maksimal sürəti saniyədə 30-35 metr arası olacaq.

Bu müddət ərzində respublikanın rayonlarında isə hava şəraiti qeyri-sabit olacaq. Rayonlarda yağış yağacaq. Əsasən, dağlıq və dağətəyi rayonlarda yağıntıların intensiv olacağı proqnozlaşdırılır. Proses kəskin və qısamüddətli olacaq”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova güclü küləyin əsməsi ilə əlaqədar vətəndaşlara müraciət edərək ehtiyatlı olmalarını bildirib:

“Güclü külək nəticəsində irigövdəli ağacların aşması, onların budaqlarının sınması təhlükəsi var. Ona görə də vətəndaşlarımıza diqqətli olmaları, ağacların altında durmamaları, maşınları ağacların altında saxlamamağı tövsiyə edirik. Valideynlər uşaqları küləkli havada həyətə nəzarətsiz buraxmasınlar”.

Son xəbərlər