Mojo.az Banner
Son Xəbərlər
12:51 Öldüyü deyilən Kim Çen Inın görüntüləri yayıldı - Foto  |     12:44 DSX mayoruna hücum edən idmançılar yenidən hakim qarşısına çıxarılırlar  |     12:42 Bakıda sərxoş kişini avtomobil vurdu  |     12:36 Uşaq meydançasında təhlükəli çökmə - Video  |     12:31 Restoranlarda menyudakı qiymətlə hesab niyə fərqlənir? – Açıqlama  |     12:26 Azərbaycanın dövlət qurumlarına genişmiqyaslı kiberhücumlar başlayıb  |     12:24 Onlayn alış-veriş edənlər üçün yeni qayda  |     12:21 Kolumbiyada qızıl mədəni çökdü, 14 nəfər öldü  |     11:52 Dərman vasitələrinin qiymətinin artmasının səbəbi bu imiş – AÇIQLAMA  |     11:42 Məşhur meyxanaçı vəfat etdi - Foto  |     11:34 Bakının əsas prospektlərindən birində yeni radar quraşdırıldı  |     11:14 Azərbaycan nefti bahalaşdı  |     23:50 Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemləri alacaq  |     23:01 Parisdə komendant saatı elan edildi  |     22:50 "Barbarların səviyyəsinə enmədik" - Prezident (VİDEO)  |     22:47 Vəkili Nəvainin həbsdəki həyatından danışdı  |     22:40 Sankt-Peterburqda 5 nəfərdə meymunçiçəyi təsdiqləndi  |     22:35 Sərnişin qatarlarına 26 dəfə daş atılıb  |     22:28 4 mindən çox insan Eboladan öldü  |     22:23 Adnan Əhmədzadənin 13 aylıq həbsi başa çatdı - Yeni qərar  |    
Mojo.az Avto
Mojo.az Avto

Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO

21.09.2019 13:55 3 137
Leyla Əliyevanın təşəbbüsü ilə daha bir həyət abadlaşdırıldı - FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən, təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib.

Yenilənmiş həyət Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, 2-ci massiv ünvanında 1400 nəfər sakinin yaşadığı iki 10 bloklu binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə süni örtüklü mini futbol meydançası, şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançası salınıb, 100 metr uzunluğunda velosiped yolu çəkilib. Eyni zamanda, ərazidə dörd söhbətgah inşa edilib, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları və giriş hissələri tam təmir olunub, bloklara yeni dəmir qapılar və plastik pəncərələr quraşdırılıb.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 50 ədəd ağac və kollar əkilib və 160 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Həmçinin, sakinlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müşahidə kameraları quraşdırılıb.

Yasamal rayonunda sakinlərin istifadəsinə verilmiş həyət layihə çərçivəsində abadlaşdırılan otuz birinci həyətdir.












скачать dle 11.3

Son xəbərlər