Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
11:17 Dağıstan Vəkillər Palatasının azərbaycanlı prezidenti vəfat edib  |     11:14 Hər il 12 milyon qız 18 yaşına çatmadan nikaha daxil olur  |     11:12 İlham Əliyev Bakıda keçirilən beynəlxalq görüşün iştirakçılarına müraciət ünvanlayıb  |     23:01 Ölkədə 11 mindən çox uşaq nikahdan kənar doğulub  |     22:55 Çexiyada orta əsrlərdən qalma xəstəlik geniş yayılır  |     22:50 "Qlobal" hosteldə oğurluq: Otaq yoldaşının telefonunu və pulunu oğurladı  |     22:42 TƏBİB-in yeni rəhbəri məlum oldu  |     22:37 Avropaya 66 milyard kubmetrdən çox qaz ixrac edilib - Energetika naziri  |     22:30 Bakıda su satışı aparatlarından oğurluq edənlər həbs olundu  |     22:25 Aygün Bəylərin bacıları bir-birindən imtina etdilər  |     22:16 Oktyabrın bütün sosial ödənişləri yekunlaşdırıldı  |     22:11 Bal yarmarkasının keçiriləcəyi tarix açıqlandı  |     22:03 Azərbaycan sərhədini pozan yeniyetmə həbs olundu  |     21:55 Sabah Yardımlının 7 kəndində qaz olmayacaq  |     21:50 Balıq bazarıda bahalaşma - VİDEO  |     21:41 Polkovnik Ramin Orucovla bağlı əmr imzalandı  |     21:29 Leyla Əliyeva Şamaxıya səfərindən paylaşım edib - Video  |     21:20 Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını ikinci sırada başa vurublar  |     21:18 Azərbaycanda "WhatsApp" istifadəçilərinə xəbərdarlıq edildi  |     21:10 Bakıda kişi 40 kiloqram marixuananı götürməyə arvadı və uşağı ilə getdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi

20.09.2019 21:16 2 848
Azərbaycanlı gənc Vikimedia Fondunun qlobal idarəçisi seçildi
Azərbaycandilli “Vikipediya”nın idarəçisi Rüfət Rəhimov Vikimedia Fondunun qlobal idarəçisi seçilib.

Bu barədə diaspor üzrə ekspert Elnur Eltürk məlumat verib:

“Müxtəlif “viki”lərdən olan istifadəçilərin, yaxud qlobal “viki”cəmiyyətin ortaq qərarı ilə dünən müzakirə yekunlaşıb. Rüfət Rəhimovun namizədliyi tam konsensus ilə qəbul edilib. Bu hüquq stüarddan sonra “Vikipediya”da ikinci ən ciddi hüquqlardan biridir. Rüfət Rəhimov 2015-ci ildə Vikipediyada "Turkmen" istifadəçi adı ilə qeydiyyatdan keçib. O, Azərbaycandilli “Vikipediya”nın idarəçisi olmaqla yanaşı, türkməncə “Vikipediya”nın da idarəçisidir. Rüfət 4 ildir ki, “Vikipediya”da fəaliyyət göstərir. Əsasən, Azərbaycan tarixi mövzularında məqalələr üzərində işləyir. Bir neçə məqaləsi Azərbaycandilli “Vikipediya”da “seçilmiş məqalə” statusu alıb.

1998-ci ildə anadan olan Rüfət Rəhimov hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsidir”.

Son xəbərlər