Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Məktəblini maşın vurdu

11.09.2019 22:52 1 632
Məktəblini maşın vurdu
Qaxda nənəsigilə qonaq gələn məktəblini avtomobil vurub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Tasmalı kəndində baş verib.

Qax şəhər sakini 1994-cü il təvəllüdlü Yunis Miraləm oğlu Şəkiliyev idarə etdiyi "QAZ 24" markalı avtomobillə kəndə nənəsigilə qonaq gəlmiş 2008-ci il təvəllüdlü Ləman Nurlan qızı Mirəyevanı vurub.

Yaralı Qax rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Xəstəxanadan verilən məlumata görə, yaralıya kəllə-beyin travması diaqnozu qoyulub, onun vəziyyəti orta ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər