Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Bakıda bir gecədə iki qadını maşın vurdu

18.06.2019 11:11 1 554
Bakıda bir gecədə iki qadını maşın vurdu
Bakının Sabunçu rayonunda avtomobil piyadanı vurub.

Median.Az
oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində baş verib. Naməlum avtomobil piyada, 1963-cü il təvəllüdlü Razakova Zemfira Sergey qızını vurub.

Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona açıq kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.

Daha bir hadisə isə Nərimanov rayonunda qeydə alınıb. Avtomobil 1959-cu il təvəllüdlü İbrahimova Solmaz Şirin qızını vurub.

Yaralı dərhal 1 saylı Klinik Tibbi Mərkəzə çatdırılıb. Ona kəllə-beyin travması diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır.

Son xəbərlər