“Çernobıl” serialında şahidlərin və tamaşaçıların tutduğu maraqlı səhvlər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:46 Ən xeyirxah BÜRCLƏR - Onlar hər zaman...  |     22:24 Ölkəmizdə quş ətinin qiyməti arta bilər? - VİDEO  |     21:41 32 il əvvəl həyat yoldaşı tərəfindən tərk edilən Aybəniz Məsimova sosial müavinət ala bilmir - VİDEO  |     21:34 Kvaratsxeliya karyerasını PSJ-də davam etdirə bilər  |     21:26 Rusiyada sərnişin avtobusu çaya düşüb, iki nəfər ölüb, beşi yaralanıb  |     21:18 BMT Baş Assambleyası fələstinlilərin təşkilata üzv olmaq hüququnu tanıyan qətnamə qəbul etdi  |     20:44 Qazaxda təbii fəlakət fəsadlar törədib  |     20:42 Belarus Baş Qərargahının rəhbəri işdən çıxarıldı  |     20:14 Bakıda təhlükə saçan hotel: Balta ilə içəri girdi - VİDEO  |     20:03 Məktəbli qız 26 yaşlı kişiyə qoşulub qaçdı  |     19:51 “Liverpul” mövsüm sonunda oyunçusu ilə yolları ayıracaq  |     19:42 Leyla Əliyeva Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə bağlı paylaşım edib - VİDEO  |     19:30 Təhlükə mənbəyi olan “AMAY”la bağlı FHN-dən AÇIQLAMA  |     18:32 Bakıda beynəlxalq seysmoloji konfrans KEÇİRİLƏCƏK  |     18:10 Bakıda güclü külək əsəcək, yağış yağacaq - XƏBƏRDARLIQ  |     18:05 Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər  |     17:22 Nazir Baş İdarənin rəisini işdən çıxartdı  |     17:17 Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib - VİDEO  |     17:10 Azərbaycanda vəkil komaya düşərək vəfat etdi - FOTO  |     16:50 Gədəbəy və Daşkəsənə dolu düşüb - FAKTİKİ HAVA  |    

“Çernobıl” serialında şahidlərin və tamaşaçıların tutduğu maraqlı səhvlər

“Çernobıl” serialı dünyada ciddi rezonans doğurub. 33 il əvvəlki faciədən bəhs edən serial bu kateqoriya üzrə reytinq sıralamasında hamını geridə qoyur. Rusiyada isə SSRİ-yə tənqidi baxışı da özündə əks etdirən serialda çox şeylə razı deyillər.
Faciənin canlı şahidləri və tamaşaçılar bir çox səhvləri qabardırlar. Median.Az bunları sizə təqdim edir:


Yanıqlar: Serialın yaradıcı heyəti radioaktiv təsiri çox şişirdib. İnsanlar dərhal yanıq xəsarəti alır. Halbuki belə faciələr gücünü bir neçə saat sonra göstərir.

İçki qadağası zamanı araq: Filmin qəhrəmanları hər imkandaca içir. Dördüncü seriyada isə araqla dolu yeşikləri boşaldırlar. Bir fakt unudulur ki, 1985-88-ci illərdə SSRİ-də içki satışı və istifadəsi məhdudlaşdırılmışdı. Bir çox mağazalar içki satışından imtina etmişdi, qiymətlər artmışdı, iş yerində içməyə görə böyük cərimələr yazılırdı, partiyadan qova bilərdilər. Əlbəttə, içirdilər, amma bu qədər yox.

“Ölüm körpüsü”: Serialda hadisə baş verən zaman Pripyat şəhərinin bir sıra sakinləri körpüyə çıxaraq, Atom Elektrik Stansiyasındakı faciəni izləyirlər. Filmdə sonradan onların hamısının öldüyü iddia edilir. Körpü faciədən dərhal sonra bağlanmışdı. Bu günlərdə həmin körpüyə 7 yaşı olanda çıxmış bir oğlanın müsahibəsi yayılmışdı. Deməli, hamı ölməyib.

İkinci nüvə partlayışı: Ulyana Xomyuk ikinci nüvə partlayışından danışırdı. Baş versəydi, faciə bütün Avropanı bürüyəcəkdi. Ehtimal böyük deyildi. Filmdə deyildiyi kimi, 2-4 meqaton gücündən söhbət gedə bilməzdi. Bunun üçün termonüvə istiliyi lazımdır. Hansı ki, Çernobıl stansiyasında yox idi.

Dalğıcların missiyası: Filmdə dalğıcların faciədən sonra stansiyaya daxil olmasını da çox dramatikləşdiriblər. Orada suyun onların sinəsinə qədər qalxdığı göstərilir. Halbuki su təhlükəsi olmayıb, uzağı dizə qədər qalxa bilərdi. Heç biri faciə nəticəsində ölməyib, ikis hələ də sağdır.

Vertolyotun düşməsi: Vertolyotun 1986-cı ilin mayında krana çırpılıb yerə düşdüyü göstərilir. Hadisə oktyabrda baş vermişdi.

Hirosima ilə müqayisə: Serialda iddia edilir ki, reaktor hər saat Hirosimaya atılan bombadan çox radiasiya buraxırmış. “Greenpeace”in nüvə enerjisi üzrə baş eksperti Yan Haverkampın fikrincə, müqayisə düzgün deyil. Bomba zamanı zərər partlayışdan hansı uzaqlıqda olması ilə ölçülür. Reaktor isə radioaktiv maddələri atmosferə buraxırdı. Beş il ərzində Hirosimada ölənlərin sayı 245 min nəfərə çatmışdı. Çernobıl qəzasında isə cəmi 4 min nəfər həyatını itirmişdi. O vaxt Pripyat şəhərinin 45 min sakini vardı.

"Çernobıl" serialından kadr

Heyvanların güllələnməsi: General-mayor Nikolay Tarakanov deyir ki, insanların gözünün qarşısında belə şey baş verməyib. Güllələyiblər, amma insanları hadisə baş verən ərazidən uzaqlaşdırandan sonra.

Tam ad və soyadla müraciət: Rus tamaşaçılar bütöv adlarla müraciəti qüsur sayır. Axı ruslar qısaldılmış müraciət formalarına alışıblar. “Sergey”, “Boris”, “Leqasov” ifadələri qəribə səslənirdi. “Yoldaş” müraciəti də əsasən Kommunist partiyasının yığıncaqlarında eşidilirdi.

Çılpaq şaxtaçılar: Şaxtyorların köynəklərini çıxarıb işləməsi epizodu da birmənalı qarşılanmayıb. Tarakanov bunun da belə olmadığını deyir.

Çalov şəkilli bellərlə yer qazmaq: Filmdə iri planda yerin belə bellərlə qazılması göstərilir. Faktiki mümkün deyil. Çalov şəkilli bellərdən torpağın kənara atılması, maşına yüklənməsi üçün istifadə olunur.

Kömür sənayesi naziri: Filmin epizodlarının birində kömür sənayesi naziri Mixail Şadov yeni kostyumda şaxtaçıların yanına gəlir. Onlar bir-bir nazirin yanından keçərək əllərini üstünə sürtürlər, ya da üzünə toxunurlar. Beləcə, Şadovun yeni kostyumu çirklənir, üzü qaralır. Elə göstərilib ki, sanki nazir heç vaxt əlində bel də tutmayıb. Halbuki Şadov 13 il şaxtalarda işləyib, sonradan vəzifəyə keçib. Qəza zamanı isə filmdə göstərildiyi kimi gənc deyildi, 59 yaşı vardı. Ona qarşı heç kim belə hörmətsizlik etməzdi.

Leqasov şaxtaçıların missiyası haqda: Serialda Leqasovun dilindən deyilir ki, şaxtaçılar olmasa, qrunt sularının 50 faizi radioaktiv maddələrlə çirklənəcək. Kimyaçı sonradan xatirələrində belə olmadığını deyirdi.

Plastik pəncərələr: Filmdə sovet reallığı pis göstərilməyib. Amma bəzi səhnələrdə plastik pəncərələr gözə dəyir. SSRİ-də belə pəncərələr yox idi.

Xatirə abidəsi: Dördüncü seriyada qəzanın nəticələrini aradan qaldıranlara ucaldılan abidə gözə dəyir. 1986-cı ildə belə bir şey ola bilməzdi. Abidə 2011-ci il aprelin 26-da Kiyevdə ucaldılıb.
/bizimyol.info/скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 979 25.06.19 15:55