Metroya daha bir qurğu gətirildi, yenilik olacaq » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Metroya daha bir qurğu gətirildi, yenilik olacaq

Fiziki imkanları məhdud insanların, ələlxüsus da əlil arabasından istifadə edənlərin Bakı metropolitenində rahat hərəkətinin təmin edilməsi məqsədilə davamlı addımların nəticəsi olaraq, metropolitenin texniki tələblərinə uyğun daha bir qurğu alınıb.

"Bakı Metropoliteni" QSC-nin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi şöbəsinin yeni qurğudan düzgün istifadə olunması ilə bağlı hazırladığı təlimatın təqdimatı keçirilib.

Bakı Metropoliteni" QSC-nin m"tbuat xidmətindən verilən məlumata görə, təqdimat mərasimində əlil arabasından istifadə edən sərnişinlərə metropolitendə yardımçı olacaq mobil işçi qrupunun üzvləri ilə yanaşı, layihənin tətbiqi prosesinin əvvəlindən metropolitençilərlə birgə sınaqlarda iştirak edən Cəmilə Məmmədova, həmçinin ictimai fəal Orxan Adıgözəl də iştirak ediblər.

Avtomatik rejimdə çalışan "T09 Roby" tırtıllı qurğu İtaliyada istehsal olunub. O, sabit sürətlə hərəkət edir və texniki təchizatına görə tam təhlükəsizdir. Qurğunun əsas üstünlüklərindən biri də pilləkənlər və eskalatorlar üzərində hərəkət zamanı tırtıllı hissənin əlil arabasının hərəkətinin tələblərinə tam uyğun olmasıdır. Bu zaman məhz tırtıllı hissə hərəkət sahəsinə uyğun bucaq altında tənzimlənir. Bu da sərnişinə özünü rahat və təhlükəsiz hiss etməsinə imkan verir.

Təqdimat zamanı qurğudan istifadə qaydaları ilə bağlı mobil işçi qrupuna müvafiq izahatlar verilib, buna qədər tətbiq edilən qurğulardan fərqi və üstünlükləri ətrafında müzakirələr aparılıb. Cəmilə Məmmədova və Orxan Adıgözəl tövsiyələrini bildirib, təkliflərini söyləyib, maraqlandıqları suallara cavab alıblar.

Müzakirələrdə bu layihənin təkcə müxtəlif sosial təbəqələrin cəmiyyətə inteqrasiyası baxımından deyil, həmçinin bütün sərnişinlər arasında ümumi davranış mədəniyyətinin inkişaf etdirilməsinə xüsusi təsiri olacağı əminliklə ifadə olunub.

Daha sonra mobil işçi qrupu üzvlərinin yeni qurğu ilə praktiki məşğələlərinə başlanılıb. Avadanlıqdan istifadə qaydaları, sərbəst idarəetmə vərdişlərinin mənimsənilməsi üçün treninqlər keçirilib.//sputnik.az

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 405 24.04.19 21:37