Sürücülərə xəbərdarlıq olunur » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:10 Mərkəzi Bankda YENİ TƏYİNAT  |     15:38 "Nərmin işi": İlkin Süleymanovdan xəbər var  |     15:35 İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi  |     15:27 Nazirin şirkəti keçmiş rəisi məhkəməyə verdi  |     15:11 Sankt-Peterburqda çaya düşən avtobusla bağlı daha bir nəfər saxlanılıb  |     14:48 Bəzi qadınların maaşı artırıla bilər  |     14:46 Bəzi məhsulların qiyməti artıb - SİYAHI  |     14:45 40 yaşlı kişi qətlə yetirildi - Saxlanılan var  |     14:44 Xocalı Rayon Məhkəməsinə sədr təyin edildi  |     13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |    

Sürücülərə xəbərdarlıq olunur

Bakıda Babək prospekti ilə Heydər Əliyev prospektini birləşdirən və Keşlə qəsəbəsindən keçən dəmiryolu keçidində sürət qatarının və ətrafda yaşayan insanların təhlükəsizliyini təmin etmək məqsədilə yeraltı yol ötürücüsü tikilir.

Median.Az
xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Bakı Şəhər Baş Polis İdarəsi Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, həmin ərazidə tunelin tikintisinə görə avtomobillərin hərəkəti 3 ay müddətinə məhdudlaşdırılır.

"Bunla bağlı Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı var. Əvvəllər sürət qatarları həmin ərazidən keçəndə dəmir yolu avtomobil yolu ilə kəsişdiyi üçün sürəti azaltmalı olurdu. Digər tərəfdən, insanların dəmiryolu xəttini keçməsi də təhlükə yaradırdı" - V.Əsədov bildirib.

Qeyd edib ki, yeni tunelin tikintisindən sonra avtomobillər tunellə birbaşa hərəkət edəcək: "Həmçinin, piyadalar da tuneldən keçə biləcəklər Sürücülərdən bunu nəzərə almağı xahis edir və tövsiyə edirik ki, alternativ yollardan istifadə etsinlər".скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 166 18.04.19 22:43