Azərbaycanda daha bir orta məktəbdə biabırçılıq – Video » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:53 FIFA Türkiyə klubuna ağır cəza verdi  |     13:23 Sabah yenə yağış yağacaq - PROQNOZ  |     13:22 XİN rəhbəri: Azərbaycan Malta ilə ikitərəfli əməkdaşlığı genişləndirməyə hazırdır  |     13:13 Ukrayna Xarkovdan minlərlə insanı təxliyə etdi: Rusiya bölgədə irəliləyir  |     12:48 Azərbaycan iqtisadiyyatı 4 % artıb  |     12:46 Türk konsulu qətlə yetirən ASALA terrorçusu İrəvanda saxlanılıb - VİDEO  |     12:38 Hindistanda reklam lövhəsinin uçması nəticəsində ölənlərin sayı artdı  |     12:38 Azərbaycan XİN İsraili təbrik etdi  |     12:35 UEFA qərar verdi: Futbolda yeni qaydalar tətbiq olunacaq  |     12:35 Azərbaycanda 58 min 500 nəfər işlə təmin edilib  |     12:34 Elşad Hacıyev: “Kibertalama riskləri artır, hər kəs diqqətli olmalıdır”  |     12:33 Dövlət Departamenti Azərbaycan və Ermənistanın tez bir zamanda sülh razılaşmasına nail olmasını dəstəkləyir  |     12:30 Bakıda sürücü ilə sərnişinlər arasında pandus mübahisəsi - RƏSMİ AÇIQLAMA (VİDEO)  |     12:25 Minimum əməkhaqqı nə qədər arta bilər? - AÇIQLAMA  |     12:24 Oğuzda 14 kəndin internet təminatı kəsildi - SƏBƏB  |     12:02 Çörəyin içərisindən taxta parçası ÇIXDI: Zavod CƏZALANDIRILDI - RƏSMİ  |     12:00 Göyçayda sel: Çay yatağı zibillə dolub-daşdı - VİDEO  |     11:59 Əlilliyin qiymətləndirilməsi ilə bağlı DƏYİŞİKLİK  |     11:57 Təhsil kreditləri alanların siyahısı genişləndirildi - YENİLİK  |     11:55 Baş nazirdən həqiqi hərbi xidmətə çağırışla bağlı QƏRAR  |    

Azərbaycanda daha bir orta məktəbdə biabırçılıq – Video

Dünən Samux rayon İnstitut qəsəbə tam orta məktəb direktoru Abbasova Gülsabah Cəfər qızının özünün vəzifə təyinatının 5 illiyini ziyafət məclisi ilə qeyd etdiyini və bunun səs-küy yaratdığı haqqında məlumat vermişdik. Həmçinin, ziyafətin direktorun pulu ilə deyil müəllim kollektivindən yığılan pullar hesabına təşkil olunduğu bildirilmişdi.


Median.Az xəbər verir ki, bu məsələdən sonra məktəblə bağlı başqa faktlar da ortaya çıxıb. Övladları həmin məktəbdə təhsil alan valideynlər bu haqda "Yeni Sabah”a növbəti şikayət ünvanlayıblar. Həmçinin, məktəbdə baş verənlərlə bağlı video da təqdim ediblər. Videoda yuxarı sinif şagirdi olan oğlan və qız Fizika kabinetində qeyri-etik hərəkətlər edirlər.

Valideyn bildirib ki, videodakı qız məktəbin şagirdi, oğlan (H. Ə...) isə məktəbdən qovulmuş şagirddir. Övladları həmin məktəbdə təhsil aldığı üçün o adının açıqlanmasını istəməyib:

"Mənim uşaqlarım da o məktəbdə təhsil alır. Normal halda direktor valideynləri içəri buraxmır. Ancaq qızla sevişən oğlan Fizika kabinetində görün nə oyun çıxardır. Özüm də ziyalı biriyəm. Ancaq o direktor özündən çox razı xanımdır. Mən belə bir şey eləməzdim, amma məcburiyyət qarşısında qalıb bunun işıqlandırılmasını istəyirəm. Yəni bilin ki, məktəbdə belə bir mühit var.

162 saylı məktəb bunun yanında yalandır. Hamısı keçən həftə ərzində olmuş məsələlərdir. Aprelin 14-də ad günü tədbiri keçirib, bu video da o ərəfələrdə çəkilib. Tədbirdən 3-4 gün əvvəl çəkilmiş videodur. Direktor oğlanın valideynini yanına çağırtdırıb deyib ki, o videonu mənə verin. Valideyn də verməyib və direktor onu hədələyib. Hazırda Samux Təhsil şöbəsi, Gəncə region təhsil şöbəsi məktəbə tökülüb. Araşdırma aparırlar…”.

Məsələ ilə bağlı Samux rayon təhsil şöbəsindən və adıçəkilən orta məktəbdən münasibət öyrənmək mümkün olmayıb.


Mənbə: Yeni Sabahскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            8 627 18.04.19 13:33