Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi - DİQQƏT (FOTO) » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Dükanlarda “saxta” on manatlıq əskinas təşvişi - DİQQƏT (FOTO)

Son günlər sosial şəbəkələrdə 10 manatlıq əskinaslarla bağlı problem yaşayan vətəndaşların paylaşımları yayılır. Şəbəkə istifadəçiləri dükanlarda alış-veriş zamanı yeni 10 manatlıq əskinaslardan istifadə edə bilmədiklərini deyirlər. Mağazalarda satıcılar yeni əskinasların saxta olduğunu iddia edərək onları götürməkdən imtina edirlər. Hətta bəzi satıcılar alıcıları polislə təhdid edir, bu isə vətəndaşlarda çaşqınlıq və təşviş yaradır.

Median.Az
xatırlatma üçün bildirir ki, şəkildə gördüyünüz 10 manatlıq əskinaslar saxta deyil.

Bu pullar yeni dövriyyəyə buraxılmış 10 manatlıq əskinazdır.

Belə ki, cari ilin mart ayının 18-dən etibarən yenilənmiş 10 manatlıq əskinaslar artıq tədavülə buraxılıb. Əskinasın əsas dizayn elementləri (İçəri şəhərin və Qız qalasının sxematik təsviri, Azərbaycanın xəritəsi və Avropaya inteqrasiya, bir sıra milli xalça naxışları) saxlanılıb.

Mövcud 10 manatlıqlarla yeni dövriyyəyə buraxılan 10 manatlıq əskinasların mühafizə sistemlərində də fərq var. Əvvəlki pullardan fərqli olaraq, yeni pul nişanında su nişanı kimi Azərbaycanın Dövlət Gerbi təsvir edilib.

Bundan başqa, pul nişanının kənarlarında görmə qüsuru olan insanlar üçün qabarıq xətlərdən ibarət tanınma elementi əks olunub. Pul nişanının arxa tərəfində üzərində işıqda görünən “10” rəqəmi və “AMB” yazısı olan pəncərə tipli, rəngi yaşıldan göyə dəyişən yeni mühafizə sapı (Rolling Star®) yerləşir. Əskinasın üzərində bənövşəyi və qızılı rəngli sayrışan “10 AZN” yazısı əks olunub.







//oxu.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 869 17.04.19 18:08