İsrailə raket zərbələri: yaralılar var » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |    

İsrailə raket zərbələri: yaralılar var

Qəzza sektorundan buraxılan raket İsrailin mərkəzi hissəsindəki Mişmeret yaşayış məntəqəsindəki evlərdən birinə düşüb.

TASS agentliyi xəbər verir ki, bununla bağlı Şaron bölgəsinin polis xidməti məlumat yayıb.

“Bir müddət əvvəl raket hücumu ilə bağlı polisə məlumat daxil olub. Raket evə düşüb və o yanıb”, - məlumatda qeyd edilib.

Hücum nəticəsində aralarında uşaqların da olduğu altı nəfər xəsarət alıb.

“Tibb işçiləri yaralılara yardım göstərir. Onlar yüngül xəsarət alıblar”, - məlumatda bildirilib.

Daha bir neçə nəfər yaşayış məntəqəsinin təxliyyəsi zamanı xəsarət alıb.

İsrail hərbçiləri bildirib ki, raket Qəzza sektorundan buraxılıb.

Hadisədən dərhal sonra İsrail baş naziri Binyamin Netanyahu ABŞ səfərini yarımçıq dayandırıb.

“Baş verən hadisələrə görə mən ABŞ səfərimi yarımçıq dayandırıram. Bir neçə saat sonra ABŞ prezidenti Donald Trampla görüşəcəm və dərhal İsrailə qayıdacam. Baş verənlər İsrail dövlətinə hücumdur və biz buna cavab verəcəyik”, - İsrail baş naziri deyib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 688 25.03.19 11:46