İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO » Median.Az News Agency


İraqdakı bərənin batma anları: Ölkədə matəm elan olundu - VİDEO
İraqın Mosul şəhərində, Dəclə çayında dəhşətli fəlakət barəsində məlumat vermişdik.

İçərisində 200 nəfər olan bərə, insanların sayının həddən çox olması səbəbi ilə aşıb. Qəza nəticəsində əksəriyyəti qadın və uşaqlar olan 200 sərnişinin hamısı suda boğulmağa başlayıb. Həmin anlar nəzarət kameraları tərəfindən qeydə alınıb.

RenTV-nin məlumatına görə, qəza nəticəsində 96 nəfər həlak olub. Onlardan 19-nun uşaq olduğu bildirilir. 55 nəfəri xilas etmək mümkün olub.

Faciə ilə əlaqədar İraqda bir günlük matəm elan edilib.скачать dle 11.3





Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




          861 22.03.19 21:47