Penitensiar xidmət: Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib » Median.Az - Bütün xəbərlər bir ünvanda
21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |     18:47 Sumqayıt sakini itkin düşüb  |     18:29 Nadirin səhhətində problem yarandı - AÇIQLAMA  |     18:14 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     17:52 Millimizin yoldaşlıq oyununda daha bir rəqibi müəyyənləşib  |    

Penitensiar xidmət: Taleh Bağırovun həyat yoldaşı telefon keçirməyə cəhd edib

Həbsdə olan “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırovun həyat yoldaşı Leyla İsmayılzadə telefon keçirməyə cəhd edib.

"Report" xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi Penitensiar xidməti (PX) məlumat yayıb.

Bildirilib ki, hazırda Penitensiar xidmətin həbsxanasında cəza çəkən məhkum T.Bağırovun yanına üç azyaşlı övladları ilə birgə qısamüddətli görüşə gəlmiş həyat yoldaşı Bakı şəhər sakini L.İsmayılzadə tərəfindən gətirilən sovqata və əşyalarına baxış keçirilib. Baxış zamanı uşaq çantasının içində oyuncaqların arasından 1 ədəd “Samsung” markalı mobil telefon və bir ədəd danışıq kartı aşkar edilib.

Xatırladaq ki, T.Bağırov və digərləri 2015-ci il noyabrın 26-da Nardaran hadisələrinə görə həbs olunub və 18 il müddətinə azadlıqdan məhrum edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 535 22.03.19 12:26