Malayziyada 13 terrorçu saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

Malayziyada 13 terrorçu saxlanılıb

Malayziya hüquq-mühafizə orqanları terror fəaliyyətində şübhəli bilinən 13 nəfəri saxlayıb.

TASS xəbər verir ki, bu barədə Malayziya Milli Polisinin başçısı Məhəmməd Fuzi Harun məlumat verib.

Onun sözlərinə görə, martın 11-12-də keçirilən xüsusi əməliyyat nəticəsində Filippinin 12 və Malayziyanın 1 vətəndaşı tutulub.

Bildirilib ki, onların azından 6-sı “Əbu Səyyaf” regional terrorçu qruplaşmasının üzvləridir. Antiterror əməliyyatı başa çatdıqdan sonra onların bir hissəsi Malayziyanın qonşu Sabah əyalətinə qaçıb.

Saxlanılan terrorçular 2017-ci ildə Filippinin Mindanao adasında yerləşən Maravi şəhərini ələ keçirərək bir neçə ay nəzarətdə saxlamaqda da şübhəli bilinirlər. Şəhərin azad edilməsi əməliyyatı nəticəsində 1100 terrorçunun öldürüldüyü, 500 000 sakinin isə Maravini tərk etdiyi bildirilir.//report.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 529 18.03.19 22:15