İşə düzəltmək adı ilə 10 min dollar alıb Ukraynaya qaçdı, orada ələ keçdi » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

İşə düzəltmək adı ilə 10 min dollar alıb Ukraynaya qaçdı, orada ələ keçdi

Dələduzluq ittihamı ilə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynanın Donetsk bölgəsində saxlanılıb.

Tribun.com.ua portalının məlumatına görə, 15 il müddətində Ukraynada qanuni yaşayan azərbaycanlı 2017-ci ildə vətəninə dönüb.

O, həmyerlisindən işə düzəltmək adı ilə 10 min dollar rüşvət alıb. Ancaq vədini yerinə yetirməyib.

Faktla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarında araşdırma başlayan zaman isə o, yoxa çıxıb.

Bu müddət ərzində 49 yaşlı azərbaycanlı Ukraynaya gedib və müxtəlif ünvanlarda yaşayıb.

Məlumatlara görə, o, bu ilin əvvəlində Ukrayna polisi tərəfindən yaxalanıb və hazırda ekstradisiya edilməsi üçün işlər aparılır.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 246 16.03.19 18:27