Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

Şəmkirdə oğurluq edən şəxslər saxlanılıb - FOTO

Şəmkir rayonunda oğurluq edən şəxslər saxlanılıb.

Bu barədə "Report"a DİN-nin Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Məlumata görə, ötən ilin mayında Şəmkir rayon Polis şöbəsinə rayonun Təzəkənd kəndində fərdi yaşayış evlərinin birində oğurluq hadisəsi baş verməsi barədə ərizə daxil olub. Dərhal Şəmkir RPŞ-nin əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər. Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən ümumi dəyəri 3 135 manat olan məişət əşyaları oğurlanıb.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Şəmkir rayon sakinləri - 48 yaşlı Afiq Hacıyev, 27 yaşlı İsmət Xəlilov və əvvəllər məhkum olunmuş, 46 yaşlı Əfqan Alyarov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri oğruluq hadisəsini etiraf ediblər və oğurladıqları məişət əşyalarını satdıqlarını deyiblər.

Faktla bağlı araşdırmalar davam etdirilir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 555 14.03.19 21:36