Çində müsəlman düşərgələri bağlana bilər » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Çində müsəlman düşərgələri bağlana bilər

Çinin Sincan-Uyğur Muxtar rayonunda müsəlmanların kütləvi şəkildə saxlanıldığı, “peşəkar təkmilləşdirmə mərkəzləri” adı altında fəaliyyət göstərən təcridetmə düşərgələri yaxın gələcəkdə bağlana bilər.

“South China Morning Post”un məlumatına görə, belə bir bəyanatla bölgənin başçısı Şöhrət Zakir çıxış edib.

Onun sözlərinə görə, düşərgələrin və orada saxlanılan insanların sayı tədricən azalacaq.

“Cəmiyyətin hazırlıq mərkəzlərinə ehtiyacının qalmadığı gün gəlib çatsa, onlar tədricən yoxa çıxacaq”, - deyə Şöhrət Zakir bildirib.

Zakir müsəlmanlar üçün yaradılan düşərgənin müvəqqəti ölçü olduğunu açıqlayıb. Təcrid edilən şəxslərin sayı barədə dəqiq rəqəmləri açıqlamasa da, ümumilikdə bir milyondan az olduğunu dilə gətirib.

Milyona yaxın uyğurun və digər müsəlman xalqların nümayəndəsinin saxlanıldığı “siyasi yenidən tərbiyə” məqsədilə düşərgələr barədə məlumat böyük rezonans doğurmuşdu.

Pekində qeyd edirlər ki, belə mərkəzlər ektremizmin qarşısını almaq və müsəlmanların faydalı peşə bacarıqlarını mənimsəməsi məqsədi daşıyır. Habelə düşərgədən müəyyən müddətdən sonra buraxılan uyğurlar orada müsəlmanların işgəncələrə məruz qaldığını əmin edir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 372 14.03.19 11:41