Bakıda oğurluğa görə 9 nəfər saxlanılıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

Bakıda oğurluğa görə 9 nəfər saxlanılıb

Median.Az xəbər verir ki, Binəqədi RPİ 5-ci polis bölməsinin əməkdaşları tərəfindən bir avtomobildən 200 manat və 4500 dollar oğurlayan, bir avtomobildən isə oğurluğa cəhd göstərən Abşeron rayon sakini E.İsayev saxlanılıb.

Bundan başqa, Binəqədi RPİ 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində, martın 1-nə keçən gecə mağazadan 425 manat pul və tütün məmulatı oğurlayan Şəmkir rayon sakini E.Əmiraslanov saxlanılıb.

Xətai RPİ 35-ci pols bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 8-dən fevralın 19-dək olan müddətdə iki kafedən və bir evdən elektrik alətləri oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Həsənov saxlanılıb.

Xətai RPİ 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən fevralın 3-də evdən 2500 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan Naxçıvan şəhər sakini İ.İsmayılov saxlanılıb.

Nizami RPİ 23-cü polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 25-də Keşlə qəsəbəsində Tovuz rayon sakini N.Sadıqovun cibindən 200 manat pul oğurlayan Bakı şəhər sakini R.Novruzov saxlanılıb.

Nəsimi RPİ 21-ci polis bölməsinin əməkdaşları tərəfindən fevralın 1-də paytaxt sakini F.Muradovanın, içərisində 128 manat, 2 ədəd mobil telefon və açarlar olan çantasını oğurlayan Daşkəsən rayon sakini A.Həsənov saxlanılıb.

Xəzər RPİ 1-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində üç evdən, üç həyətyanı sahədən elektrik naqili, təmir-tikinti alətləri, məişət əşyaları və üç baş qoyun oğurlayan Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş M.Nəsirov saxlanılıb.

Xəzər RPİ 2-ci polis şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində, yanvarın 15-dən fevralın 27-dək olan müddətdə Buzovna qəsəbəsi ərazisində 3 evdən, ümumilikdə 2300 metr elektrik naqili, elektrik təmir-tikinti alətləri və su mühərriki oğurlayan Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ə.Əmrahov və S.Babayev saxlanılıblar.

Faktlarla bağlı CM-nin 177-ci (oğurluq) maddəsi ilə cinayət işləri başlanılıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 598 02.03.19 17:48