Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir » Median.Az - Bütün xəbərlər bir ünvanda
13:21 Külli miqdarda aksiz markasız siqaret aşkarlanıb  |     13:09 Ermənistan XİN rəhbəri: “Almatıda Azərbaycanla danışıqlar konstruktiv şəraitdə keçdi”  |     12:59 Meteohəssas insanların NƏZƏRİNƏ: Geomaqnit qasırğası gözlənilir  |     12:44 ATƏT sədri Bakıya gələcək  |     12:26 Əməkdar artist vəfat etdi  |     12:08 11-ci sinif şagirdi faciəvi şəkildə öldü  |     12:08 Azərbaycanda biznesmenin ölümünə səbəb olan həkimə hökm oxundu  |     12:06 Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı  |     12:03 Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - DOSYE (FOTO)  |     12:00 Müdafiə Nazirliyində yüksək vəzifəyə TƏYİNAT  |     11:59 Hindistan yükləri Azərbaycan ərazisindən istifadə edərək daşıyacaq  |     11:58 Bakıda sahibsiz itlərin hücumuna məruz qalan yeniyetmənin vəziyyəti AÇIQLANDI  |     11:57 Sabah Şuşaya növbəti köç olacaq  |     11:56 Qarabağ Universitetinə qəbul planı təsdiqlənib  |     11:55 “Smart Customs” tətbiqində problem yaşanır - FOTO  |     11:53 Qubadlı sakinlərinə ŞAD XƏBƏR: İki kənddə tikinti işlərinə start verildi  |     11:49 Bakıda baş verən yol-nəqliyyat hadisəsi tıxaca səbəb olub  |     11:47 Dünya bazarında neft qiymətləri necə dəyişib?  |     11:45 “Mançester Yunayted” fransalı hücumçu ilə yolları ayıracaq  |     11:45 Bakıda özünə bıçaqla xəsarət yetirən 37 yaşlı kişi ölüb  |    

Zurabişvili: Azərbaycanla münasibətlərimiz mükəmməl səviyyədədir

Bizim münasibətlər tarixən mükəmməl səviyyədə olub. Çünki biz bu regionun oxşar tarixi olan iki ölkəsiyik. Eyni çətinliklərlə üzləşmişik, eyni münaqişələri, hətta bəzən eyni faciələri yaşamışıq, bununla belə aramızda heç vaxt problem olmayıb.

Bunu Azərbaycanda rəsmi səfərdə olan Gürcüstan prezidenti Salome Zurabişvili AZƏRTAC-a verdiyi müsahibədə bildirib.

“Bizim yaxın tarix çox maraqlı olub və bu dönəm ərzində biz region üçün vacib olan bir sıra layihələr gerçəkləşdirmişik. Ancaq bu layihələr təkcə bizim regionla məhdudlaşmır”, - deyə xanım prezident qeyd edib.

Gürcüstan liderinin sözlərinə görə, bir vaxtlar iki ölkənin Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər layihələri gerçəkləşdirə biləcəyinə heç kim inanmırdı.

“Bu, böyük uğur hekayəsidir. Bu layihəni başa çatdırmağımız bizim əməkdaşlığın sona çatdığı anlamına gəlməməlidir. Bizim münasibətlər həm də ona görə mükəmməl səviyyədədir ki, biz bu gün yeni perspektivləri müzakirə edirik. Bu perspektivlər iki ölkə sərhədlərini də ötüb keçir”, - deyə Zurabişvili bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 383 28.02.19 12:00