“Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb.
Bu barədə oxu.az-a AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.
Onun sözlərinə görə, aviareysin baş tutmamasına səbəb yaranan texniki problemdir:
“Təəssüf ki, “Buta Airways” aviaşirkətinin bu gün yerli vaxtla saat 10:50-də yerinə yetirməli olduğu İstanbul-Bakı aviareysi baş tutmayıb. Uçuşun həyata keçirilməsi nəzərdə tutulan “Embraer” markalı sərnişin təyyarəsində texniki problem yaşanıb. Həmin uçuşla Bakıya qayıda bilməyən sərnişinlər, AZAL-ın bu gün saat 23:50-də İstanbuldan Bakıya uçacaq təyyarəsi ilə qayıda biləcəklər”.