“Miss Tailand” Bakıda yaşamağa gəlir - FOTO » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:51 Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”  |     22:38 Sumqayıt sakini itkin düşüb  |     21:57 Makron: Fransa Rusiya ilə müharibə aparmır  |     21:36 HƏMAS İsraillə atəşkəsə razılaşıb - YENİLƏNİB  |     21:22 “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb  |     21:16 Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib  |     21:07 Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar  |     20:59 Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR  |     20:53 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO  |     20:40 Rusiya səfiri Çexiya XİN-ə çağırılıb  |     20:31 17 yaşlı qızın ölümündə günahkar kimdir?  |     20:23 “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi  |     20:19 Laos Prezidenti Rusiyaya səfər edəcək  |     20:09 Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək  |     20:07 "Mançester Yunayted"də sağlam müdafiəçi qalmayıb  |     19:59 Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib  |     19:59 Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub  |     19:59 SOCAR prezidenti Özbəkistana səfər edəcək  |     19:59 Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb  |     19:39 Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb  |    

“Miss Tailand” Bakıda yaşamağa gəlir - FOTO

Tailand gözəli Miks Haksholm Azərbaycanda yaşayacaq.

Median.Az
oxu.az-a istinadən xəbərinə görə, o, "Neftçi"nin yeni transferi Petru Rakunun həyat yoldaşı kimi Bakıda məskunlaşacaq.

1981-ci ildə Tailandda doğulmuş, atası danimarkalı olan Haksholm 2003-cü ilə "Miss Tailand" seçilib. O, həmin il Miss Dünya yarışında Yenyira Kerdprasop adı ilə iştirak edib. Polyak əsilli isveçli rejissor Peter Qaşinski onun haqqında sənədli film çəkib və 2004-cü ildə SVT telekanalında göstərilib.

Haksholm Tailandda doğulsa da, İsveçdə böyüyüb. O, əvvəl Tailand, daha sonra İsveç millisində kamandan oxatma üzrə yığma komandanın üzvü olub. 2005-ci ildə Tailandda kamandan oxatma üzrə idman ustası adına yiyələnib.

O, 2012-ci ildə Yay Olimpiya Oyunlarında iştirak etmək istəsə də, rəqabətdən məğlub ayrılaraq yığmaya götürülməyib. Bununla belə, o, komandaya dəstək olmaq üçün Londona yollananlar arasında olub.

38 yaşlı model özündən altı yaş balaca olan Raku ilə futbolçu 2007-2011-ci illərdə İsveçdə yaşayarkən tanış olub. Hələ onda tərəflərin 20 və 26 yaşları olub. Tanışlıqdan altı ay sonra Raku evlənmək təklifi ilə müraciət edib.

Qeyd edək ki, Moldova çempionu "Şerif"lə dörd dəfə avrokuboklarda "Qarabağ"a qarşı oynamış Petru Raku "Neftçi" ilə cari mövsümün sonunadək müqavilə bağlayıb. Bu isə o deməkdir ki, Tailand və İsveç jurnalları üçün dietoloq kimi məsləhətlər verən model Miks Haksholm ən azı yayadək Azərbaycanda yaşayacaq.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 834 15.02.19 20:05