"Qrand" hoteldə sevgilisini öldürən qadının məhkəməsi başlayıb » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 "Neftçi"nin baş məşqçisi: Azarkeşlərdən üzr istəyirəm  |     22:55 "Qarabağ" Bəhlul Mustafazadə ilə müqavilə müddətini uzadıb  |     22:46 Bakı-Quba yolunda “Range Rover” külə döndü - AÇIQLAMA  |     22:37 İrana ”balıq yağışı” yağdı - VİDEO  |     22:28 İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək  |     22:20 Azərbaycan Premyer Liqası: "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib  |     22:13 Azərbaycanla delimitasiya əleyhinə çıxan ermənilər İrəvana yürüşə başlayıb  |     22:04 Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb - FOTO  |     21:54 Azərbaycan və Somali arasında qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə edilib - FOTO  |     21:46 Topçubaşova niyə xristianlığı qəbul etmək təklif olunur?  |     21:38 “Green card” müraciətlərinin nəticələri açıqlandı - YENİLƏNİB  |     21:30 Azərbaycanda güllələnərək öldürülən həkimin GÖRÜNTÜLƏRİ - TƏFƏRRÜAT + YENİLƏNİB/FOTO  |     20:50 Mərhum Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir? - FOTO  |     20:49 Şəmkirdə minik maşını dərəyə aşıb, ölən və yaralananlar var - YENİLƏNİB  |     20:42 ABŞ səfiri təxribatlara davam etsə, “persona non-grata” elan oluna bilər  |     20:36 Nazir: İqlim maliyyələşməsinin böyük hissəsini inkişaf etmiş ölkələr ayırmalıdır  |     20:28 Botoksun psixikaya faydası üzə çıxdı  |     20:13 Mayın 5-6-da maqnit qasırğası olacaq  |     20:05 Dördüncü kurs tələbəsi vəfat etdi  |     19:47 Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib  |    

"Qrand" hoteldə sevgilisini öldürən qadının məhkəməsi başlayıb

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı şəhər sakini Günel Hüseynovanın (1987-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Median.Az
xəbər verir ki, qətl ötən il iyunun 25-də Binəqədi rayonu, Ə. Naxçıvani küçəsində yerləşən “Qrand” oteldə baş verib.

Məlum olub ki, Günel Hüseynova yaxın münasibətdə olduğu Vüqar Atakişiyev ilə otelin 2-ci mərtəbəsində otağlardan birini kirayələyib. Gecə saatlarında mübahisə başlayıb, hamam otağında qadın bıçaqla oğlanın boğazına, ardınca isə bədən nahiyyəsinə zərbələr endirib. Atakişiyev kəskin qanitirmədən hadisə yerində keçinib.

Daxil olan məlumat əsasında hadisə yerinə Binəqədi RPİ və rayon prokurorluğunun əməkdaşları cəlb olunub, məhkəmə-tibb ekspertinin iştirakı ilə meyitə və hadisə yerinə baxış keçirilib, iş üzrə əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb. Günel Hüseynova, həmçinin “Qrand” otelin rəhbərliyi saxlanılıblar.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İş üzrə məhkəmə baxışı fevralın 12-nə təyin edilib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 307 06.02.19 12:55