Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır - SİYAHI » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Bu şəhərlər avtomobildən imtina etməyə hazırlaşır - SİYAHI

Dünyada bir sıra şəhərlərin idarəçiləri tıxacların sayını azaltmaq, ekologiyanı yaxşılaşdırmaq, mərkəzdə yaşayanlara sakit həyat təmin etməyə çalışırlar.

Median.az
ölkə.az-a istinadən bildirir ki, bu məqsədlə müxtəlif şəhərlərdə müxtəlif üsullara əl atılır. Məsələn, bəzilərində köhnə buraxılış ili olan maşınlar mərkəzə buraxılmır, bəzilərində isə parkinq qiyməti artırılır, bəzilərində ictimai nəqliyyat növündən başqa digər avtomobillər şəhərə buraxılmır. Avtomobildən tam imtina etməyə hazırlaşan şəhərlərin siyahısını təqdim edirik.

Paris

2018-ci ilin tədqiqatları göstərdi ki, Paris Moskva və Londonla birlikdə ən çirkli havası olan Avropa şəhərləri siyahısında ilk üçlüyə daxil olub. Şəhər meri bu reytinqə reaksiya verdi və iki vacib qərar qəbul etdi. Bundan sonra 1997-ci ilə qədər istehsal edilən avtomobillər istirahət günləri şəhər mərkəzinə girə bilməz.

Hər ayın ilk bazar günü isə maşınsız gün keçirilir. Səhər saat 10-dan axşam saat 18:00-a qədər Parisin mərkəzinə bir çox avtomobilin girişi qadağan edilir. Mərkəzdəki rayonlarda yaşayan sakinlər üçün istisna edilib. Taksi və ictimai nəqliyyat 20 km/saat sürətlə hərəkət edə bilərlər.

Mexiko

Meksikanın paytaxtı ən çox çirklənmiş şəhərlərdən sayılır. Şəhər hökuməti ekologiyanı yaxşılaşdırmaq üçün müəyyən addımlar atıblar. 2008-ci ildən şənbə günləri avtomobillərin hərəkəti məhdudlaşdırılıb.

2017-ci ildə aparılan tədqiqat isə məlum etdi ki, bu addımla da ekologiyanı yaxşılaşdırmaq mümkün olmayıb. Məlum olub ki, insanlar öz avtomobillərindən imtina etsələr də, aktiv şəkildə taksi və karşerinqdən istifadə ediblər. Şəhər sakinləri üçünü avtomobildən imtina edib ictimai nəqliyyata minmək çox çətindir.

Kopenhagen

Kopenhagendə adam başına düşən avtomobil sayına görə Avropada ən aşağı reytinqdədir. Bunun səbəbi isə şəhərdə velosipedçilərin aktiv dəstəklənməsidir. Onlar üçün təkcə velosiped cığırları yox, avtomobillərin girişi qadağan edilən velo magistrallar da salınıb.

Bundan başqa, 2030-cu ildə benzin və dizel avtomobillərin, 2035-ci ildə isə hibrid mühərrikli avtomobillərin satışı qadağan ediləcək.

Brüssel

2030-cu ilə qədər Brüsseldə dizellə çalışan avtomobillər qadağan ediləcək. Hələlik isə, köhnə buraxılış ili olan avtomobillərlə bağlı ciddi addımlar atılır. Şəhərdə qurulan yüzlərlə kamera bu avtomobillərin harada hərəkət etdiyini və sahiblərinin harada yaşadığını müəyyən edir.

Bu avtomobil sahibləri əlavə vergi ödəyəcəklər.

Boqota

Kolumbiya paytaxtında şəhər küçələrində avtomobil sayını məhdudlaşdıran proqram 1974-cü ildən qüvvədədir. 45 ildir ki, bazar günləri saat 07:00-14:00 arası şəhər küçələrinə avtomobillərin girişi qadağan edilib.

Bu proqram sayəsində 120 km-lik şəhər küçələri bağlı olur. Bu küçələrdə isə paytaxt sakinlərinin dörddə biri, yəni, 1.7 milyon insan piyada hərəkət edir.

скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 453 23.01.19 23:33