Bu gün AŞPA-nın sədri seçiləcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bu gün AŞPA-nın sədri seçiləcək

Bu gün Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası başlayır. Sessiya 25 yanvara qədər davam edəcək və bu müddət ərzində parlamentarilər bir çox məsələləri, KİV obyektivliyi və azadlığından başlayaraq hüquqşünaslıq, təhlükəsizlik və internet kontekstləri çərçivəsində insan hüquqlarının qorunması məsələlərini müzakirə etməyi planlaşdırırlar.

Median.Az
TASS-a istinadən xəbər verir ki, sessiyanın ilk günündə iştirakçılar nümayəndə heyətlərinin tərkibini təsdiq edəcəklər və AŞPA-nın sədrini seçəcəklər.

Təşkilatın mətbuat xidmətindən bildirilib ki, hələlik yalnız bir namizədin, hazırkı sədr Lilian Mori Paskyenin namizədliyi nəzərdən keçirilir.

Təşkilatın müşahidəçilərinin Gürcüstanda prezident seçkiləri (28 oktyabr və 28 noyabr) və Ermənistanda parlament seçkilərinin (9 dekabr) yekun rəyləri təqdim olunacaq. Növbəti günlərdə referendumlar haqqında Venesiya komissiyasının kodeksinə düzəlişlərin edilməsi, insan haqlarının pozulmasına görə sanksiyaların effektivliyi, Avropa Şurası ölkələrində şəriət qaydalarının tətbiqi məsələləri müzakirə olunacaq.

İnsan hüquqlarının qorunması problemi terrorla mübarizənin müzakirələri zamanı da diqqət mərkəzində olacaq. Bu cür cinayətlərə aidiyyəti olan və ya şübhəli bilinən şəxslərin vətəndaşlıqdan məhrum edilməsi praktikası məsələsi də müzakirə olunacaq.

Həmçinin, azad və açıq internet haqqında müzakirələr zamanı fundamental hüquqlar məsələsinə toxunulacaq. Bu müzakirələr bəzi onlayn platformaların istifadəçiləri genişmiqyaslı izləməkdə, onların şəxsi məlumatlarının toplanılması və işlənilməsinin yolverilməz olduğunu söyləyən təşəbbüskarlar tərəfindən irəli sürülüb.

Qış sessiyası çərçivəsində Finlandiya prezidenti Sauli Niinistyonun çıxışı, bu ölkənin xarici işlər naziri Timo Soyninin Avropa Şurası Nazirlər Komitəsinin bəyanatını oxuması gözlənilir. 25 yanvar tarixinə qədər nümayəndəliklər İnsan hüquqları üzrə Avropa Məhkəməsinə yeni hakimləri də seçməlidirlər ki, bunun üçün də İtaliya və İsveç hərəyə üç namizəd irəli sürüblər.

Rusiya artıq ardıcıl üçüncü ildir ki, AŞPA sessiyalarına öz nümayəndə heyətini göndərməkdən imtina edir. Buna səbəb assambleyanın reqlamentində milli nümayəndəlikləri əsas səlahiyyətlərindən məhrum edən sanksiya maddələrinin qalmasıdır.

2014-2015-ci illərdə Krımın Rusiyaya birləşdirilməsindən sonra rusiyalı deputatlar və senatorlar səs vermək hüququndan, Avropa Şurasının müşahidəçi missiyalarında iştirak etmək və AŞPA-nın rəhbər orqanlarının tərkibinə daxil olmaq hüquqlarından məhrum olublar.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 084 21.01.19 12:16