Median.Az xəbər verir ki, Nəsimi RPİ 20-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 9-da vətəndaş F.Bayramlının 8000 manat pulunu və “Hyundai” markalı avtomobilini dələduzluq yolu ilə ələ keçirən Bakı şəhər sakini Rafiq İsrafilov saxlanılıb.
Faktla bağlı CM-nin 178-ci (dələduzluq) maddəsi ilə istintaq aparılır.