Maksim Fadeyev Bakıda konsert verəcək » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:49 Putin döyüş meydanında uğurun nədən asılı olduğunu açıqlayıb  |     22:34 Ermənistanın keçmiş prezidentinin oğlu etiraz aksiyasında saxlanılıb  |     22:27 Bakıda ayıq sürücü müştərinin "Land Rover"indən oğurluq etdi  |     22:19 FHN "işə düzəldən" şəxsə cəza verildi  |     22:13 Bakıda yeni “mall” bu tarixdə açılacaq (FOTO)  |     21:56 Dostları Əməkdar artistə 111 000 AZN borcludur (VİDEO)  |     21:50 AP çirkli pullara qarşı mübarizədə 10 min avroluq nağd ödəniş limitini təsdiqlədi  |     21:41 Cəlilabadda yol qəzası olub, iki nəfər yaralanıb  |     21:30 Göyçayda inzibati xətalara yol verən 88 nəfər cəzalandırılıb  |     21:19 Ankarada fabrik yanır  |     21:12 "Real"ın qapıçısı zədəsini sağaldıb  |     21:04 DİM: İmtahanlarda bölgələr üzrə ən yüksək nəticəni Sumqayıt, Naxçıvan və Qubadlı rayon məktəbliləri qazanıb  |     20:58 “Azərkosmos” iqlim dəyişmələrinin təsirlərini izləmək üçün platforma qurub  |     20:47 "Qəbələ"nin futbolçusu əməliyyat olunub  |     20:40 Macarıstan Azərbaycanda 90 adda dərman istehsal edəcək  |     20:28 Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq  |     20:19 Türkiyədə İŞİD-lə əlaqədə şübhəli bilinən 23 nəfər saxlanılıb  |     20:12 Britaniya rekord həcmdə Rusiya neftini vasitəçilərdən alır  |     20:04 Alimlər 150 dəqiqə ərzində sintetik almaz yarada biliblər  |     19:57 İlham Əliyev Füzulidən Berlinə getdi  |    

Maksim Fadeyev Bakıda konsert verəcək

Tanınmış rusiyalı müğənni, prodüser və bəstəkar Maksim Fadeyev yaxın zamanda Bakıda konsert proqramı ilə çıxış edəcək.

Median.Az
“Moskva-Baku”ya istinadən xəbər verir ki, konsert fevralın 16-da Bakının Konqres Mərkəzinin səhnəsində baş tutacaq.

M.Fadeyev 25 il ərzində ilk dəfədir ki, konsertlər verir. Bu yaxınlarda Moskvada konsert verib, ikinci konserti isə Bakıda təşkil olunacaq.

“25 il konsert verməməyim, əslində, mənim üçün ağır olsa da, bu fasilə məcburiyyətdən doğub. Xoşbəxtlikdən yazdığım hitlər bu gün də bütün dünyada dinlənilir. Mən bu musiqini sevən və onu duyan hər kəsə sonsuz dərəcədə minnətdaram”, - deyə prodüser-bəstəkar bildirib.

Konsert şousunda M.Fadeyevin xüsusi qonağı “Serebro” qrupunun keçmiş iştirakçısı, hazırda isə Molli səhnə adı ilə çıxış edən müğənni Olqa Seryabkina olacaq.

Xatırladaq ki, M.Fadeyev bu yaxınlarda Emin Ağalarovla duet şəklində “Mənim Azərbaycanım” mahnısını yazıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            3 811 14.01.19 16:25