Bu qablar xərçəng yaradır - Alimdən qorxunc xəbərdarlıq » Median.Az - Bütün xəbərlər bir ünvanda
23:01 Xərçəng xəstəliyi ilə bağlı önəmli araşdırma: D vitamini nəyə qadirdir?  |     22:49 Tibbi arayışların elektronlaşması nə vəd edir? (AÇIQLAMA)  |     22:36 “Xarıbülbül” eksklüziv, limitli kolleksiyasına daxil olan xalçaların kəsim mərasimi keçirilib  |     22:29 Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib  |     22:20 Ukayna hərbi xidmətə məhdud yararlı şəxsləri ordu sıralarına cəlb edəcək  |     22:14 Salyanda avtomobil traktorla toquşub, xəsarət alan var  |     22:07 "Dərinsulu Günəşli" platformasından hasilat müvəqqəti dayandırılıb  |     22:00 Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olanların sayı açıqlanıb  |     21:48 Füzulidə 3 otaqlı ev yanıb  |     21:41 Ermənistanda delimitasiyaya etiraz edən şəxslər İrəvan-Sevan yolunu bağlayıb - VİDEO  |     21:35 Azərbaycan cüdoçusu Avropa çempionu olub  |     21:29 Buğdanın qiyməti niyə ucuzlaşır? (ŞƏRH)  |     21:22 Azərbaycanda bu məşhur zavod bağlanır  |     21:14 İstanbul terrorçusu 7 ömürlük və 1794 il həbs cəzası aldı  |     21:08 Talıb Talenin toyu olacaq (VİDEO)  |     20:49 Braziliyada qonaq evində baş verən yanğında azı 10 nəfər ölüb  |     20:42 Niderlandın Baş naziri: NATO-nun cənub qanadının Türkiyənin liderliyinə ehtiyacı var  |     20:39 MTK və sakinlər qarşı-qarşıya: Yeddi ildir kirayədə yaşamağa məcburuq - VİDEO  |     20:34 Etiraz aksiyasında iştirak edən erməni deputatlar saxlanılıb  |     20:25 Azərbaycanlı deputat ATƏT PA-nın Büro iclasında iştirak edəcək  |    

Bu qablar xərçəng yaradır - Alimdən qorxunc xəbərdarlıq

Plastik qabları 80º C və daha artıq qızdırdıqda onlardan zərərli kimyəvi birləşmələr ifraz edilir. Bu birləşmələr qida və içkilərə daxil olur və nəticədə onlar insanlar üçün təhlükə yaradır.

Plastiklər istifadəsi hər gün bir az daha artan və təbiətdə uzun illər məhv olmayan maddələrdir.

Zaman-zaman onların zərərləri və istifadəsinin məhdudlaşdırılması gündəmə gəlir.

Bəs bu maddələrin təbiətə və insanlara zərəri nədir?

Türkiyəli onkoloq, professor Gökhan Dəmir bu maddələrin hansı xəstəliklərə səbəb olacağı ilə bağlı suallara cavab verib.

Düzdür, bu gün təbiətdə məhv ola bilən polietilen torbalar istehsal edilir. Lakin onların neçə ilə məhv olacağı ilə bağlı sübutlar yoxdur.

Həkim bildirib ki, Bisfenol A maddəsi plastik və epoksid qətranın hazırlanmasında ən çox istifadə edilən kimyəvi maddədir. Həmçinin bu maddə qida ilə təmasda olan plastik qab, yeməklərin qablaşdırılması üçün istifadə edilən qablar, şüşə qabların metal qapaqlarında istifadə edilə bilər. İnsanların bu maddə ilə birbaşa təmasda olması bəzi narahatlıqlara səbəb olur.

Onkoloqun sözlərinə görə, Amerikada araşdırma aparılaraq 6 yaşdan yuxarı 2517 nəfərin sidiyi təhlil edilib.

“Nümunələrin 93 faizinin tərkibində Bisfenol A maddəsi aşkar edilib. Bu maddənin zərəri ilə bağlı illərdir müzakirə edilir, bu məsələdə iki fərqli fikir var. Bəziləri zərərli, ikinci qisim isə o qədər də zərərli olmadığını deyir. Son illər ABŞ, İngiltərə, Kanada, Avropa Birliyi ölkələri və Norveçdə qadağan edilməsinə də diqqət etməliyik.

Bu maddənin hormonal və toksiki təsiri var. Sinir sistemi, hormonlar və çoxalma orqanlarına mənfi təsir edə bilir. Bununla yanaşı bədəndə şəkərin səviyyəsinə, ürək xəstəliklərinə səbəb ola bilir”.

Poliproetilen və polietilen kimi kimyəvi maddələr daha çox torbalar və qablaşdırmalarda istifadə edilir. 1950-ci ildən bu vaxta qədər 8.3 milyard ton plastik istehsal edilib. Bu məhsulun 80 faizi təbiətdə toplanıb, hələ də məhv olmayıb.

Həkim bildirib ki, polikarbonat plastiklər təbiətdə məhv olsalar belə, onlar 5 mm–dən kiçik olan parçalar şəklində qalırlar.

“Bu maddələrin qidalarımızda və nəfəs aldığımız havada varlığı təsdiq edilib. Ümumiyyətlə, plastik maddə insan bədəninə daxil olubsa, parçalanmaz, həmişə orada qalar. Bu məhsulların hazırlanmasında istifadə edilən kimyəvi maddələr xərçəngə səbəb ola bilir”.//yenicag.azскачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            2 474 12.01.19 17:33